Accessibility links

ABŞ prezidenti Səudiyyə Ərəbistanının kralı ilə görüşəcək [Video]


Barak Obama Kral Salmanı Ağ Evdə qəbul edəcək

İraq, Yəmən, Suriyada gedən müharibələr və İranın davranışları ilə bağlı narahatlıqlar fonunda ABŞ prezidenti Barak Obama Səudiyyə Ərəbistanının kralı Salmanı Ağ Evdə qəbul edəcək. Bu, Kral Abdullanın ölümündən sonra taxta çıxan ərəb liderinin Birləşmiş Ştatlara ilk səfəri olacaq.

İran Körfəzində bir çox insan, faktiki olaraq isə bütün ərəb dünyası, ABŞ-ın Körfəzdəki strategiyasından, İranla nüvə razılaşmasından, İranın İŞİD, İraq və Suriyadakı artan təsirindən narahatdır

Prezident Barak Obama və Səudiyyə Ərəbistanı kralı Salman arasında təkbətək görüş Yaxın Şərqdə vəziyyətin gərgin olduğu bir zaman baş tutur. ABŞ-ın başçılıq etdiyi koalisiya İraq və Suriyada “İslam Dövləti” qrupunun yaraqlılarına qarşı mübarizə aparır, Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya isə Yəməndə İranın dəstəklədiyi Huti qiyamçılarına müqavimət göstərir.

“İran Körfəzində bir çox insan, faktiki olaraq isə bütün ərəb dünyası, ABŞ-ın Körfəzdəki strategiyasından, İranla nüvə razılaşmasından, İranın İŞİD, İraq və Suriyadakı artan təsirindən narahatdır,” deyə Antoni Kordsman bildirib.

Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin təhlilçisi Antoni Kordsman deyir ki, cümə günü Ağ Evdə keçiriləcək görüş siyasətdə kəskin dəyişikliklərə səbəb olmasa da, bu dialoq Səudiyyə Ərəbistanının etimadının qazanılması, xüsusilə də bu yaxınlarda əldə olunan İranla nüvə razılaşması məsələsi üçün vacibdir.

Cənab Kordsmanın sözlərinə görə, “onlar Birləşmiş Ştatların bu razılığı icra edəcəyinə, qanunun heç bir şəkildə pozulmasına göz yummayacağına və bu məsələdə daha qəti mövqe sərgiləcəyinə inanmalıdırlar.”

Nüvə razılığından əlavə İranın regionda davranışının iki liderin İraqla bağlı müzakirələrində əsas faktor olacağı güman edilir.

ABŞ-ın sabiq səfiri və hazırda Atlantik Şurada fəaliyyət göstərən Fransis Riççiardone Səudiyyə Ərəbistanının şimali qonşusu ilə əlaqələrinin sabitləşməsində marağının olduğunu deyir.

Onlar Birləşmiş Ştatların bu razılığı icra edəcəyinə, qanunun heç bir şəkildə pozulmasına göz yummayacağına və bu məsələdə daha qəti mövqe sərgiləcəyinə inanmalıdırlar

“Mən düşünürəm ki, prezident Barak Obama və kral Salman arasında İraqla bağlı müzakirə çox maraqlı olacaq və onlar baş nazir Abadiyə ölkənin birliyini təmin etmək, müstəqilliyini möhkəmləndirmək və hegemon təsirdən qorumağa kömək etmək üçün nələr edə biləcəklərini müzakirə edəcəklər,” deyə cənab Riççiardone bildirib.

Döyüşlərə son qoymaq, siyasi birliyə çağırmaq və humanitar böhrana son qoymaq- çox güman ki, bunlar hər iki liderin təkcə İraq və Suriyada deyil, həm də Səudiyyə Ərəbistanının müntəzəm olaraq Huti qiyamçılarına qarşı hava hücumları keçirdiyi cənub qonşusu Yəməndə nail olmaq istədikləri məqsəd olacaq.

XS
SM
MD
LG