Accessibility links

Obama Səudiyyə Ərəbistanı kralı Salmanla görüşüb


ABŞ prezidenti Barak Obama və Səudiyyə Ərəbistanı kralı Salman Erqa sarayında iki saat sürən görüşdən sonra açıqlamalar verməkdən imtina edib.

Lakin görüşdən sonra verilən bəyanatda prezident Obama və kral Salmanın regional münaqişələrdə gərginliyin azaldılmasının vacibliyinə dair razılığın əldə olunduğu bildirilib. Ağ Evin açıqladığı bəyanatda deyilir ki, liderlər İranın regionda təhrikedici fəaliyyətlərinin yaratdığı risklər müzakirə edilib.

Görüş Körfəz Əməkdaşlıq Şurasının sammitindən bir gün öncə keçirilib.

Ağ Ev prezident Obamanın Birləşmiş Ərəb Əmirliklərinin vəliəhdi şahzadə Şeyx Məhəmməd bin Zayed Əl Nahyanla görüşəcəyini elan edib.

Danışıqların diqqət mərkəzində İŞİD-in məğlub edilməsi və regional münaqişələrin həllində əməkdaşlığın dərinləşdirilməsinin olacağı bildirilir.

ABŞ prezidenti Barak Obama və Səudiyyə Ərəbistanı kralı Salman
ABŞ prezidenti Barak Obama və Səudiyyə Ərəbistanı kralı Salman

Birləşmiş Ştatlar və ərəb ölkələrindəki tərəfdaşlar regionun qarşılaşdığı sınaqları Körfəz bölgəsinin altı ölkəsi, Səudiyyə Ərəbistanı, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Bəhreyn və Omanın daxil olduğu Körfəz Əməkdaşlıq Şurasının sammitində müzakirə edəcək.

Təhlilçilər bildirir ki, ABŞ və Səudiyyə Ərəbistanı arasında gərginliyin artmasının əsas səbəbi regional sınaqlarla bağlı strategiya və prioritetlərdə fərqlərin olması ilə izah edir.

Birləşmiş Ştatlar və Avropa ölkələrinin böyük hissəsi İŞİD və Əl-Qaidəni region və bütün dünya üçün əsas təhlükələr hesab edir.

Körfəz ölkələrinin çoxu isə əsas təhlükə olaraq İranı və Tehranın dəstəklədiyi şəxslər və qrupları görür. Buraya Suriya prezidenti Bəşar Əl-Əsəd və Yəməndə Şiə Huti üsyançıları daxildir.

Əhalisinin əsas hissəsi sünnilərdən ibarət olan Səudiyyə Ərəbistanı Hutilərə qarşı böyük maliyyəyə başa gələn hərbi kampaniya aparır.

Ağ Evin Yaxın Şərq və Şimali Afrika üzrə koordinatoru Rob Mali deyib ki, Yəməndəki kimi təriqət zəminində toqquşmalar diqqəti koalisiyanın İŞİD-ə və Əl-Qaidəyə qarşı mübarizəsindən yayındırır. O, Ağ Evin münaqişələrdə gərginliyin azaldılmasına çalışdığını bildirib.

Neft qiymətlərinin düşməsi nəticəsində gəlirlərin azalması kimi problemlə qarşılaşan Səudiyyə Ərəbistanı raket sistemini inkişaf etdirdiyi halda, onun regionda rəqibi İran hərbi qabiliyyətini artırmağa çalışır.

Ağ Ev rəsmiləri tərəflərin regionda təhlükəsizliyin təmin olunması və İranın sabitliyin pozulmasına yönəlmiş fəaliyyətlərinin qarşısının alınması məqsədilə terrorizmə qarşı mübarizədə tərəfdaş kimi işi davam etdirəcəyini bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Blinken ABŞ-ın İsrailin İrana zərbələrindən son anda xəbəri olduğunu deyib
please wait

No media source currently available

0:00 0:12:20 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG