Accessibility links

Barak Obama Kubaya gedir


Barak Obama bazar günü Kuba ilə münasibətlərin normallaşması istiqamətində atılan daha bir addım kimi o ölkəyə səfər edəcəyini bəyan edib.

ABŞ prezidentinin bu qərarı hakimiyyətdən getmədən öncə bu nailiyyəti miras qoymaq kimi qiymətləndirilir.

O, Kubaya səfər edəcəyini Twitter hesabında təsdiq edib.

Obama administrasiyasının bildirdiyinə görə, ABŞ dövlət başçısı Kuba prezidenti Raul Kastro, vətəndaş cəmiyyətinin üzvləri, insan haqları müdafiəçiləri ilə görüş keçirməlidir.

Obama daha sonra Kuba xalqına müraciət edəcək.

Obamanın 2014-cü ilin dekabr ayında Soyuq Müharibə dövrünün düşməni olan Kuba ilə diplomatik əlaqələrin bərpasına dair açıqlamasından sonra ölkələrin paytaxtlarında səfirliklər fəaliyyətə başlayıb.

Amerika Kubanı terrorizmi dəstəkləyən ölkələr siyahısından çıxarıb.

Kuba prezidenti Raul Kastro ilə ABŞ dövlət başçısı arasında iki dəfə görüş keçirilib. Ölkə başçıları mütəmadi şəkildə müzakirələr keçirir.

Son 50 ildə ilk dəfə olaraq ABŞ və Kuba arasında sərnişin təyyarələrinin uçuşları bərpa edilib.

ABŞ dövlət başçısı Kubadan sonra ABŞ prezidenti kimi son 20 ildə ilk dəfə Argentinaya səfər edəcək.

Obama Amerika qitəsinə səfəri çərçivəsində Kanadada Şimali Amerika Liderliyinin, Peruda isə APEK ölkələrinin sammitlərində iştirak edəcək.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG