Accessibility links

ABŞ prezidenti Laosda səfərdədir. Barak Obama Laosun paytaxtı Vyentyanda Cənub-Şərqi Asiya ölkələri Assosiasiyasının üzvləri və ona tərəfdaş olan Çin, Yaponiya və Hindistan liderləri ilə görüşür.

ABŞ dövlət başçısı Laosa tarixi səfəri zamanı bu ölkənin Vyetnam müharibəsindən sonra üzləşdiyi çətinliklərdən danışıb. Prezident Laosa bombaların zərərsizləşdirilməsi üçün 90 milyon dollarlıq yardım vəd edib.

Belə ki, Laos ABŞ-ın 50 il bundan əvvəl atdığı milyonlarla kaset bombalarından hələ də azad edilməyib. Partlamamış bombaların təmizlənməsi cəhdinə baxmayaraq bu ölkədə hələ bir çox insan bombaların qurbanı olur.

1960-1970-ci illərdə Vyetnam müharibəsi Laosun da sərhədlərini aşmışdı. Həmin vaxt ABŞ cənubi Vyetnamı kommunistlərdən müdafiə edirdi. Amerika Losa 3 milyon ton partlayıcı maddə atıb. Onların 2 milyonundan artığı partlayıb. Həmin partlayıcıların 3-də 1-nin hələ də torpaqlarda qaldığı təxmin edilir.

Bombaların qalıqları və partlayışları 20 mindən çox insanın ölümü və ya yaralanmasına səbəb olub.

Maarifləndirmə proqramlarına baxmayaraq bombalar hər an yeni qurbanlar əldə edir.

Son illər ölənlərin əksəriyyətinin 15 yaşından aşağı gənclər olduğu qeydə alınıb.

Prezidentin səfəri 3 gün davam edəcək.

XS
SM
MD
LG