Accessibility links

ABŞ prezidenti El Salvadora yola düşüb


ABŞ prezidenti El Salvadora yola düşüb
ABŞ prezidenti El Salvadora yola düşüb

Obama deyib ki, Çili diktaturadan demokratiyaya dinc keçidin mümkünlüyünü dünyaya nümayiş etdirib

ABŞ prezidenti Barak Obama Çilini tərk edib və Latın Amerikasına səfərinin sonuncu dayanacağı olan El Salvadora yola düşüb.

O, birinci xanım Mişel Obama və uşaqları bu gün səhər Santyaqonu tərk etdilər.

El Salvadorda ikən cənab Obamanın prezident Karlos Maurisio Funes ilə görüşəcəyi gözlənilir. Obama ailəsi bu axşam prezident sarayında rəsmi şam ziyafətində iştirak edəcək.

Dünən Santyaqoda cənab Obama deyib ki, Çili diktaturadan demokratiyaya dinc keçidin mümkünlüyünü dünyaya nümayiş etdirib.

XS
SM
MD
LG