Accessibility links

Barak Obamanın siyasi irsi [Video]


Barak Obamanın siyasi irsi
please wait

No media source currently available

0:00 0:03:45 0:00

Prezident Obama bu yaxınlarda atasının doğulduğu Kenyiyaya səfər edib. Müşahidəçilərin fikrincə, bu səfər prezidentlik müddətinə bir il yarım qalan cənab Obamanın siyasi irsinin müəyyən edilməsində xüsusi əhəmiyyət kəsb edir.

Atasının doğulduğu torpaqları ziyarət, İranla tarixi nüvə razılaşması da daxil olmaqla prezidentin əldə etdiyi nailiyyətlərin zirvə nöqtəsi oldu.

“İki il davam edən danışıqlardan sonra, bu gün Birləşmiş Ştatlar beynəlxalq tərəfdaşları ilə birlikdə on illərdir davam edən düşmənçilik dövrü mümkün olmayan bir iş gördük, İranla onun nüvə silahı istehsal etməsinin qarşısını alacaq uzunmüddətli razılıq əldə etik” deyə, cənab Obama bildirir.

Lakin ekspertlər razılaşmanı oyun adlandırır. Tarixin cənab Obama üzərində hökmü İrandan asılı olacaq. “İran razılığı pozub nüvə silahı əldə etsə və öz düşməninə hücum etmək qərarı versə, bu, prezident Obama və onun siyasi irsində böyük qara ləkə olacaq. Belə olan halda bütün bu danışıqlar uğursuzluq demək olacaq və o, heç bir şeyi geri qaytara bilməyəcək” deyə, ekspert Den Halper bildirir.

Cənab Obamanın xarici siyasətdə uğurlarına Üsəma Bin Ladeinin öldürülməsi, ABŞ-ın İraq və Əfqanıstanda müdaxiləyə son qoyulması və yeni münaqişələrə cəlb olmaması daxildir. Lakin İslam Dövləti qrupunun nüfuzunun artması onun Yaxın Şərq siyasətini sual altına alır.

“O, 2017-ci ildə Ağ Evi tərk edərkən Yaxın Şərqdə vəziyyət onun 2008-ci ildə hakimiyətə gəldiyi vaxtla müqayisədə daha ağır olacaq və o, ədalətli və ya ədalətsiz olaraq, riskdən qaçmaqda və kifayət qədər qətiyyətli olmamaqda ittiham ediləcək” deyə, Aron David Miller bildirir.

President Obamanın kommunist Kuba ilə münasibətləri normallaşdırması çoxları üçün gözlənilməz oldu.

“Bir il əvvəl heç kimim ağlına belə gəlməzdi ki, Birləşmiş Ştatların ulduzlu və zolaqlı bayrağı yenidən Havanada səfirlik qarşısında dalğalanacaq. Dəyişiklik budur.”

Lakin “Qüdrətin sonu: Niyə Amerikanın başqa qüdrətli prezidenti ola bilməz?” kitabının müəllifi Aron David Miller deyir ki, mühüm siyasi irs üçün bu dəyişikliklər kifayət deyil. “Tarixi prezident? Tamamilə doğrudur. XVIII əsrdə Vaşinqton, XIX əsrdə Linkoln, XX əsrdə Franklin Rusveltlə bir sırada dayanacaq bir prezidentdirmi? Xeyr. Əsas məsələ budur ki, o, 43 prezident arasında harada yer tutacaq? Bunu demək çətindir.”

​Onun ölkənin qaradərili prezidenti seçilməsi özü-özlüyündə tarixi bir hadisə idi. Amerikalıların çoxu prezident Obamaya ölkədə “Böyük Depressiya” dönəmindən bəri ən ciddi iqtisadi böhrandan çıxarmasına qiymət verir. O həmçinin ABŞ tarixində ən böyük “Obamacare” adlı səhiyyə islahatını həyata keçirdi.

Lakin onun prezident seçilməsi Amerikada irqçiliyə son qoyulmasından xəbər vermir. Cənubi Karolinada irqçilik zəminində qətlə yetirilən 9 nəfərin anım mərasimində cənab Obama belə dedi, “heç kəs irqlərarası münasibətlərin bir gecədə dəyişəcəyini gözləməməlidir.”

Prezidentlik dönəmində ən həyəcanlı anlardan biri də onun xristian himnı oxuması idi. Cənab Obamanın yaratdığı dəyişikliklər onun siyasi irsi kimi gələcək illərdə özünü göstərəcək.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG