Accessibility links

ABŞ prezidenti Barak Obama cümə axşamı Ağ Evdə hazırda iqtisadi böhran yaşayan İtaliyanın baş naziri Enriko Letta ilə görüşüb. Cənab Letta Birləşmiş Ştatlarda borc defoltuna yol verilmədiyinə görə prezident Obamanı təbrik edib.

Cənab Obama da öz növbəsində İtaliyanın baş nazirini parlamentdə etimad səsverməsindəki qələbəsinə görə təbrik edərək, İtaliyanın maliyyə böhranının stabilləşdiyini və islahatlar yolunun düzgün istiqamətdə aparıldığını vurğulayıb.

Bundan əlavə tərəflər Suriya və Liviya məsələlərini, eləcə də miqrantların Şimali Afrika ölkələrindən Aralıq dənizi vasitəsi ilə Avropaya bəzən ölümlə nəticələnən qaçış cəhlərini müzakirə edib. Cənab Letta deyib ki, Aralıq dənizi ölüm dənizinə çevrilməməlidir.
XS
SM
MD
LG