Accessibility links

Prezident Obama: Qəzzafi rejiminin sonu gəlib çatıb


Prezident Obama: Qəzzafi rejiminin sonu gəlib çatıb

Prezident Obama: Qəzzafi rejiminin sonu gəlib çatıb

ABŞ prezidenti Barak Obama deyib ki, Liviya lideri Müəmmar Qəzzafinin rejiminin sonu gəlib çatıb. Prezident Obama bu gün cənab Qəzzafini hakimiyyətdən getməyə çağırıb. O deyib ki, Şimali Afrikanın bu ölkəsində vəziyyəti olduqca qeyri-müəyyəndir və Qəzzafi rejimi dağılıb. Prezident Obama bildirib ki, ölkədə hələ də ağır döyüşlər gedir, lakin tamamilə aydındır ki, cənab Qəzzafinin dövrü bitib və üsyançılar paytaxt Tripolinin böyük hissəsinə nəzarət edirlər. Cənab Obama bildirib ki, Liviyada vəziyyət zirvə nöqtəsinə çatıb və ölkənin gələcəyi indi Liviya xalqının əlindədir. ABŞ prezidenti bu bəyanatı Massaçusets ştatında ailəsilə birlikdə dincəldiyi Martas Vinyard (Martha's Vineyard) kurort şəhərindən verib.

XS
SM
MD
LG