Accessibility links

Obama: Mühacirət islahatlarının qəbul edilməsi üçün vaxt az qalır


ABŞ prezidenti Barak Obama mühacirət islahatlarının Nümayəndələr Palatasında təsdiq edilməsi üçün iki-üç ay vaxt qaldığını deyib.

Hüquq-mühafizə orqanlarının işçilərinin qarşısında danışan cənab Obama bildirib ki, noyabrda Konqres seçkilərinə vaxtın azalması ilə işləri başa çatdırmaq çətinləşir.

Prezident keçən il Senatda hər iki partiyanın nümayəndələrinin təsdiq etdiyi qanun layihəsi ilə bağlı güzəştə getmək istədiyni bir daha dilə gətirib. Lakin o Birləşmiş Ştatlarda qeyri-qanuni 11 milyona yaxın mühacirin vətəndaş olmasına yol açılması kimi bəzi prinsipil məsələlərin qanun layihəsinə daxil edilməli olduğunu vurğulayıb.

Prezident Obama spiker Con Beyner və Nümayəndələr Palatasında başqa liderlərinin mühacirət islahatlarının düzgün iş olduğunu düşündüyünə inandığını deyib, lakin Beynerin mənsub olduğu Respublikaçılar partiyasının bəzi üzvlərinin qanun layihəsinin qarşısını aldığını əlavə edib.
XS
SM
MD
LG