Accessibility links

ABŞ prezidenti Barak Obama Cənubi Afrikada aparteid rejiminə qarşı mübariz Nelson Mandelanın vəfatı ilə bağlı bəyanatında onun həyatından ilham aldığını deyib:”Mən Nelson Mandelanın həyatından ilham alan milyonlarla insandan biriyəm. Mən ilk siyasi fəaliyyətimə, bir məsələ, siyasətlə bağlı işimə aparteidə qarşı etiraz etməklə başlamışam. Mən onun sözlərini və yazdıqlarını öyrənirdim. Onun həbsxanadan çıxdığı gün mən insanların qorxuları deyil, ümidlərinin arxasında getdikdə nələr edə biləcəklərini anladım.”

Ağ Evdə Nelson Mandelanın xatirəsini bir dəqiqəlik sükutla anan prezident Obama cənab Mandelanın nüfuzlu və cəsarətli şəxsiyyət, sözün əsl mənasında gözəl bir insan olduğunu deyib. Cənab Obama prezident Nelson Mandeladan ilham aldığını və Cənubi Afrikada sülhün cənab Mandelanın qoyub getdiyi ən böyük siyasi irsi olduğunu deyib.

ABŞ-ın keçmiş prezidentləri Cimmi Karter, Bill Klinton və Corc Buş oğul cənab Mandelanın azadlıq, insan ləyaqəti və bərabərlik uğrunda mübarizənin önündə gedən görkəmli şəxsiyyət kimi yad ediblər. ABŞ-ın keçmiş prezidenti Corc Buş ata cənab Mandelanın “vətənində tarixin gedişini dəyişmiş yüksək əxlaqi cəsarət sahibi” olduğunu demişdir.
XS
SM
MD
LG