Accessibility links

Obama: "Marixuana spirtli içkidən daha təhlükəsizdir"


ABŞ prezidenti Barak Obama deyir ki, o, marixuananın spirtli içkilərin istehsalından daha təhlükəsiz olduğunu düşünür. Ancaq prezident öz qızlarına deyib ki, marixuana kimi maddələrdən istifadəni dəstəkləmir.

New Yorker jurnalına geniş müsahibəsində cənab Obama cavanlıqda marixuana çəkdiyini etiraf edib və bunun çox pis vərdiş və günah olduğunu indi anladığını deyib. Ancaq o, bildirib ki, belə maddələri çəkmə ilə siqarət çəkmə vərdişi arasında heç bir fərqi yoxdur. O, bunu uzun müddət siqarət çəkmiş bir insan kimi söylədiyini vurğulayıb.

Prezident Obama deyib ki, fərdi istehlakçılara təsiri baxımından marixuana spirtli içki qədər təhlükəli deyil. Ancaq o, bunların heç birini məsləhət görmədini də dilə gətirib.

Xatırladaq ki, Birləşmiş Ştatlar marixuananın cinayət tərkibi və istifadəsi barədə debatları davam etdirir. Federal qanunlar hələ belə maddələri qeyri-qanuni hesab etsə də, bəzi ştatlar artıq onlardan tibbi məqsədlərlə istifadəyə, Kolorado və Vaşinqton ştatları isə daha irəli gedərək marixuananın ictimai satışına icazə verib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG