Accessibility links

Barak Obama:Ev marketlərindəki dirçəlişdən bəhrələnmək vaxtıdır


ABŞ prezidenti Barak Obama ev marketlərində dirçəliş müşahidə edildiyini və indi bu inkişafdan bəhrələnmək vaxtı olduğunu deyib.

Həftəlik radio müraciəti zamanı prezident bildirib ki, Konqres hər bir amerikalıya daha aşağı faizlərlə evlərinin yenidən maliyyələşdirmə və ilk dəfə ev alanlara ipoteka alma imkanı yaratmalıdır.

ABŞ dövlət başçısı Konqresin ev sahiblərinə yardım etməsinin vacibliyini vurğulayaraq, gələcək nəsillər üçün orta sinif amerikalıların təminat altına alınmasına çağırıb.

Cənubi Karolina ştatından respublikaçı senator Tim Skot həftəlik radio müraciəti zamanı Obama administrasiyasının enerji istehsalına mane olmasına görə tənqid edib. Senator deyib ki, istehsalat amerikalıları minlərlə yeni iş yeri ilə təmin etməklə yanaşı, xarici enerji asılılığına son qoya bilər.
XS
SM
MD
LG