Accessibility links

ABŞ prezidenti məktəb faciəsinin ildönümünü sükutla qeyd edib


ABŞ prezidenti Barak Obama bu həftəki müraciətini bir il əvvəl Konnektukut ştatının Nyutaun şəhərində qətlə yetirilən 26 şagird və müəllimənin xatirəsinə həsr edib.

Cənab Obama deyib ki, 6 müəllimənin və 20 şagirdin xəbəri valideyn və amerikalılar kimi bizi kədərə qərq edib. Onun sözlərinə görə, kədərdən başqa amerikalılar bir həll yoluna ehtiyac hiss etdilər – belə faciələrə son qoymaq üçün biz dəyişməliyik.

Ölkə başçısı bu dəyişikliyin Vaşinqtonda deyil Amerika xalqından gəlməli olduğunu bildirib.

Prezident Obama bugün səhər 9:30-da Ağ Evdə Sendi Huk məktəbində ölənlərin xatirəsini anmaq üçün bir dəqiqəlik sükut elan edib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG