Accessibility links

Barak Obama prezidentliyi dövrü ilk dəfə olaraq Amerikada məscidi ziyarət edəcək


Prezident Obama Ağ Evin sözçüsü Coş Ernestlə

Prezident Obama Ağ Evin sözçüsü Coş Ernestlə

ABŞ prezidenti Barak Obama Baltimor şəhərində müsəlman icmasının üzvləri ilə görüşüb onlara dəstək bildirmək üçün çərşənbə günü Merilend ştatının Balimor şəhərində məscidi ziyarət edəcək.

Bu haqda Ağ Ev rəsmiləri məlumat verib. Obamanın prezidentliyi dövrü ilk dəfə olaraq məscidi ziyarət etməsi Amerika cəmiyyətində əsasən ekstremistlərin törətdiyi hücumlarla əlaqədar son zamanlar İslam əleyhinə əhval-ruhiyyənin artdığı vaxt müsəlmanlara dəstək xarakteri daşıyır.

Ağ Evdən verilən məlumata görə Obama "Amerika müsəlmanlarının ölkəyə verdiyi töhfələrə lazımi dəyərin verilməsi və din azadlığının həyat tərzində əhəmiyyətini vurğulamaq üçün Baltimor məscidini ziyarət edəcək".

Bildirilir ki, müsəlman icmasının üzvləri ilə görüşü zamanı çıxışında Obama "bizim amerikalılara xoş münasibət göstərilməsi, fanatizm əleyhinə çıxış edilməsi, biganəliyin rədd edilməsi və ölkədə din azadlığının müdafiə edilməsi kimi fundamental dəyərlərimizə sadiq qalmağın əhəmiyyətini vurğulayacaq".

Baltimor İslam Cəmiyyəti Əl-Rəhman məktəbi

Baltimor İslam Cəmiyyəti Əl-Rəhman məktəbi

Keçən il Parisdə və Kalifornioyanın San Bernardino şəhərində radikal müsəlmanlarla əlaqədar olan hücumlardan sonra Obama Amerika müsəlmanlarını ekstremizmə qarşı mübarizə aparmağa çağırıb.

Prezident Obama həmçinin amerikalıları siyasətçilər, xüsusilə də Respublikaçılar partiyasından prezidentliyə namizəd Donald Tramp tərəfindən müsəlmanlar əleyhinə şərhlərinə məhəl qoymamağa səsləyib.

Donald Tramp keçən il dekabr ayında San Bernardino şəhərində islamçı ekstremistlərdən ilham almış müsəlman ər-arvadın klinikaya hücum edib 14 adamı qətlə yetirməsindən sonra müsəlmanların Birləşmiş Ştatlara daxil olmasına qadağa qoyulmasına çağırıb.

XS
SM
MD
LG