Accessibility links

Obama din azadlığını vurğulamaq məqsədilə ABŞ-da ilk dəfə məscidi ziyarət edib


ABŞ prezidenti Barak Obama Baltimor şəhərində müsəlman icmasının liderləri ilə görüşür

ABŞ prezidenti Barak Obama Baltimor şəhərində müsəlman icmasının liderləri ilə görüşür

ABŞ prezidenti Barak Obama prezidentliyi dövründə ilk dəfə olaraq Amerikada məscidi ziyarət edərək, Baltimor şəhərində İslam Cəmiyyətində müsəlman amerikalılarla görüşüb.

Ağ Evin sözçüsü bildirib ki, Obama müsəlman amerikalıların narahatlıqlarını müzakirə etmək və onların fikirləri ilə tanış olamq məqsədilə dəyirmi masa söhbətində iştirak edib.

Prezident Obama bundan öncə xarici ölkələrə səfərləri zamanı məscidləri ziyarət edib.

Anti müsəlman ritorikasına qarşı çıxış etmək

Obamanın ABŞ-da ilk dəfə olaraq məscizi ziyarət etməsi Birləşmiş Ştatlarda prezident seçki kampaniyasında Respublikaçılar partiyasından namizəd Donald Trampın Kaliforniyada San Bernardino şəhərində terror hucumundan sonra müsəlman mühacirlərin Ameirkaya gəlişinə qadağa qoyulması çağırışından sonraya təsadüf edir.

Respublikaçılar partiyasından bir sıra nüfuzlu siyasətçiləri, o cümlədən senator Con Makkeyn və prezident seçkilərində namizəd Ceb Buşun Donald Trampı tənqid etməsinə baxmayaraq, daha bir namizəd Ben Karson deyib ki, İslam dininə mənsub olan şəxs ABŞ prezidenti ola bilməz.

Prezident Obama namizədlərin müsəlmanlar əleyhinə şərhlərinə birbaşa toxunmasa da, Konqres qarşısında illik hesabat məruzəsində belə bir ritorikanın qəti əleyihə olduğunu bildirib.

O, amerikalıları insanların irqinə və dininə görə hədəf alındığı siyasəti rədd etməyə çağırıb.

“Siyasətçilər müsəlmanları, o cümlədən, Amerika müsəlmanlarını və hərbi formada bizim adımızdan döyüşən amerikalı müsəlmanları təhqir etdikdə, məscid dağıdılanda və uşaq qorxudulanda bu, bizi daha təhlükəsiz etmir”-deyə prezident Obama yanvraın 13-də müraciətində bildirib.

Ağ Evin sözçüsü Coş Ernest müsəlmanların hökumət tərəfindən heç bir müdaxilə olmadan və seçki kampaniyasında bölücü ritorikadan asılı olmayaraq dinə etiqad etməli olduqlarını deyib.

“Həqitətən də biz Respublikaçılar tərəfindən qanuna hörmət edən vətənpərvər müsəlman amerikalıların alçaldılmasına həyəcan doğuran bir hazırlıq müşahidə etmişik Bu, təhqiredicidir”-deyə o bildirib.

Müsəlman amerikalılarla əməkdaşlıq

Müsəlman amerikalılar uzun müddətdir Obamanın məscidi ziyarət etməsinə çalışırdı.

Müraciət bu yaxınlarda Ağ Evin yüksək səviyyəli rəsmilərinin dekabr ayında müsəlman icmasına qarşı bir sıra nifrət çıxışlarının baş verdiyi zaman Ağ Evdə müsəlman amerikalıların liderləri ilə görüş zamanı edilib.

Yerli mediada Baltimorun İslam Cəmiyyətinin belə hədələrlə qarşılaşdığı haqda xəbərlər verilmiş, polis cəmiyyətin yerləşdiyi binanın yaxınılığında təhlükəzslik tədbirlərini günləndirmişdir.

Bazar ertəsi açıqladığı bəyanatda İslam Cəmiyyəti prezidentin ziyarətini alqışladığını bildirib.

İslam Cəmiyyəti 1969-cu ildə hər həftə yerli universitetdə cümə namazına toplaşan bir qrup ailə tərəfindən təsis edilib. Cəmiyyət 1980-ci illərdə hazırkı binaya köçəndən sonra ərazidə Məscid Əl-Rəhman inşa edilib. Məscidin nəzdində dini seminariya, tibbi klinika və orta məktəb fəaliyyət göstərir.

Kaliforniyanın San Bernardino şəhərində hücumdan sonra Obama hökumətin İslam Dövləti kimi qrupların müsəlmanları radikallaşdırmasının qarşısının alınması üçün müsəlman amerikalıların liderləri ilə əməkdaşlığın əhəmiyyətini vurğulayıb.

XS
SM
MD
LG