Accessibility links

Barak Obama yenidən prezident seçildikdən sonra ilk mətbuat konfransını təşkil edib


Barak Obama yenidən ABŞ prezidenti seçildikdən sonra ilk mətbuat konfransını təşkil edib. Prezident Konqreslə münasibətlərini yaxşılaşdıracağına vəd verib. O deyib ki, amerikalılar növbəti seçkilər deyil, növbəti prezidentlərinin inkişafa diqqət yetirməsini istəyir.

ABŞ dövlət başçısı ikinci dönəm prezidentliyini birinci ilə müqayisədə daha yaxşı aparacağını bildirib. Cənab Obama mandatının orta sinif amerikalıların rifah halının yaxşılaşdırmasına sərf edəcəyini deyib.

Ağ Evdə müxbirlərlə görüşən prezident İranı nüvə proqramından çəkindirmək səylərini davam etdirəcəyini bildirib. O deyib ki, İran beynəlxalq öhdəliklərə cavab verməlidir. Cənab Obama İranı müzakirələr masası arxasına gətirmək üçün təzyiqlərini davam etdirəcəyinə vəd verib.

ABŞ dövlət başçısı Amerika qanunvericilərinin ABŞ-ın BMT-dəki səfiri Suzan Raysı Liviyada səfirin qətli ilə bağlı tənqid etmələrini pisləyib. Prezident deyib ki, məsələ ilə heç bir əlaqəsi olmayan səfirin tənqidi ağlasığmazdır. Belə ki, xanım Rays aldığı məlumata əsaslanaraq izahat verib.

Bu gün senatorlar Con Makkeyn və Lindsi Qraham daxil edilməklə, respublikaçı qanunvericilər səfir Raysın vəzifəsində irəliləməsinə mane olacaqlarını bildiriblər.

Prezident Obama səfirin nümunəvi iş gördüyünü qeyd edərək, onun professionallıqla Amerikanı təmsil etdiyini bildirib.

Suriya böhranına gəldikdə isə prezident Bəşar Əl-Əsədin hakimiyyətdən getməli olduğunu ilk söyləyənlər arasında olduğunu bildirib. O, ABŞ-ın Suriya xalqına milyonlarla dollarlıq yardımlar ayırdığını və yardımların davam etdiriləcəyini deyib.

Barak Obama Suriya müxalifətinin birlik yaratmasını təqdirəlayiq adlandırıb. Prezident bu qrupun Suriya xalqını təmsil etdiyini, lakin birliyi legitim Suriya hökuməti hesab etmədiyini bildirib.

O, Suriyada demokratik inkişaflar və insan hüquqlarına riayət edilməsinin vacibliyini vurğulayıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Blinken ABŞ-ın İsrailin İrana zərbələrindən son anda xəbəri olduğunu deyib
please wait

No media source currently available

0:00 0:12:20 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG