Accessibility links

Obama Ağ Evdə mətbuat konfransı keçirib


ABŞ prezidenti Barak Obama Ağ Evdə mətbuat konfransı zamanı

ABŞ prezidenti Barak Obama Ağ Evdə mətbuat konfransı zamanı

ABŞ prezidenti Barak Obama prezidentliyi dövrü xaricə sonuncu dəfə səfər etməzdən öncə Ağ Evdə mətbuat konfransında müxtəlif məsələlərlə bağlı jurnalistlərin çoxsaylı suallarını cavablandırıb.

Amerika lideri qlobal iqtisadiyyatın sabitləşdirilməsinin əhəmiyyətini və ABŞ-ın müttəfiqləri ilə həmrəyliyinin vacibliyini vurğulayıb.

Obama prezident seçilmiş Donald Trampla keçən həftə görüşünü qeyd edərək, hakimiyyətin dinc keçidinin təmin edilməsinin önəmindın danışıb. O, Trampla görüşün səmimi şəraitdə keçdiyini deyib.

ABŞ prezidenti bir neçə ay xərçəng xəstəliyi ilə mübarizə apardıqdan sonra dünyasını dəyişmiş tanınmış jurnalist Qven Ayfelin xatirəsini anıb.

ABŞ prezidenti Ağ Evdə mətbuat konfransından sonra prezidentliyi dövrü xaricə sonuncu səfərə çıxır. Dünya liderləri ilə müzakirələrin əsas diqqət mərkəzində ABŞ-da prezident seçilmiş Donald Trampın olacağı gözlənilir.

ABŞ-ın Milli Təhlükəsizlik məsələləri üzrə müşaviri Ben Rods Obamanın Yunanıstan, Almaniya və Peruya səfərinin Amerikanın ən yaxın müttəfiqləri ilə həmrəyliyin və "güclü, interqrasiya olunmuş və vahid Avropaya" dəstəyin nümayiş etdirilməsi xarakteri daşıdığını deyib.

Show comments

XS
SM
MD
LG