Accessibility links

Birləşmiş Ştatlar prezidenti Barak Obama qonşu cənub ölkələrə üçgünlük səfərini bu gün Meksikadan başlayır. Cənab Obamanın səfərinin məqsədi qonşuları ilə ticarət əlaqələri, Birləşmiş Ştatların mühacirət islahatları, təhlükəsizlik və narkotik maddə qaçaqmalçılığı kimi məsələləri müzakirə etməkdir.

Meksikaya səfəri zamanı Obamanın ölkənin yeni prezidenti Enrike Pena Niyeto ilə görüşəcəyi və ABŞ-Meksika ticarət əlaqələrinuin daha da möhkəmlənməsi barədə danışıqlar aparacağı gözlənilir.

Ağ Ev müzakirələr zamanı narkotik kartellərlə mübarizə də daxil edilməklə, təhlükəsizlik məsələlərinin əsas yer alacağını bildirib. Cənab Obama Birləşmiş Ştatlarla Meksika arasında əməkdaşlığın yaxşılaşdığını, lakin bundan da yaxşı ola biləcəyini deyib.

Ağ Ev ABŞ-da 30 milyondan çox Meksika mənşəli insanların yaşadığını, buna görə də cənub qonşusu ilə mədəni əlaqələrə mühüm yer verildiyini deyib.

ABŞ dövlət başçısı sabah Kosto-Rikoya yola düşməzdən əvvəl Mexikoda Milli Antropologiya Muzeyində çıxış etməlidir.
XS
SM
MD
LG