Accessibility links

Təhlil: Obamanın Yaxın Şərqə səfəri İsrail və fələstinlilərə nə vəd edir


Obama Yaxın Şərqdə səfərə hazırlaşır
please wait

No media source currently available

0:00 0:03:42 0:00
ABŞ prezidenti Barak Obama İsrail –Fələstin sülh prosesini canlandırmaq məqsədilə Yaxın Şərqə səfərə hazırlaşır. Birləşmiş Ştatlar prezidentinin İsrail, İordan çayının Qərb sahili və İordaniyaya səfəri zamanı İranın nüvə proqramı və Suriyada vəziyyəti müzakirə edəcəyi gözlənilir.

Cənab Obama sonuncu dəfə İsrailə 2008-ci ildə senator və prezidentliyə namizəd kimi səfər edib. İndi Yaxın Şərqə ikinci müddətə seçilmiş prezident kimi səfər etməyə hazırlaşan cənab Obama İsrail-Fələstin sülh prosesi qarşısında maneələri həll edə bilməyib.

Bu səfər zamanı cənab Obama yeni sülh təşəbbüsləri ilə çıxış edəcək. Ağ Evin mətbuat katibi Coş Ernst: “İsraillilər və fələstinlilər arasında sülh prosesi prezident üçün priorotet məsələ olaraq qalır. Dialoq başlasa, bu, onun və Birləşmiş Ştatların dəstək verməyə hazır olduğu məsələdir.”

Birləşmiş Ştatlar dinc və yanaşı yaşayan iki dövlət -İsrail və Fələsinin mövcudluğu prinsipini tanıyır. Lakin cənab Obamanın İsrailin Baş naziri Benyamin Netanyahu ilə münasibətlərində İsrailin yaşayış məntəqələri inşa etməsi məsələsilə bağlı gərginlik müşahidə edilib.

Cənab Obama səfər samanı tərəfləri onların hüquqları və təhlükəsizliklərini müdafiə etməyə əmin etməyə çalışacaq. ABŞ-ın Sülh İnstitutunun təhlilçisi Neil Krits: “Bu prezident qarşısında ən çətin məsələ iki dövlətin mövcudluğu prinsipinin hansı məqamda həyata keçirilməsi məsələsi olacaq. O, ikinci dönəm prezident olub iki dövlətin mövcudluğuna nail olmaq şansının itirildiyi bir irs qoyub getmək istəmir.”

Cənab Obama rəqibi Mitt Romninin onun İsrail məsələsində mövqeyi ilə bağlı suallar qaldırmasına baxmayaraq, noyabr ayında yəhudilərin səslərinin 69 fazini ala bilib.

Yəhudi Milli Demokratiya İnstitutu bu yaxınlarda prezidentlə müzakirələr keçirib. Qrupun üzvü Aaron Keyak: “Bu prezident hər dəfə seçkidə yəhudi xalqının dostu olduğunu nümayiş etdirib və Amerikada yəhudi seçicilər də buna görə ona səs verib.”

“B’nai Birth” beynəlxalq institutunun təhlilçisi Erik Fasfeld deyir ki, cənab Obamanın Yaxın Şərqə səfəri vəziyyətin nə yerdə olduğunu müəyyən etmək üçün bir imkandır: “Üzbəüz görüşlər, adi insanları, İsraildə bu gün baş verənləri yerində müşahidə etmək imkanını heç nə əvəz edə bilməz.”

Prezident Obama ilə Ağ Evdə keçirilən görüşdə Amerikada fəaliyyət göstərən bir sıra ərəb təşkilatları da qatılmışdır. Amerika Ərəblərinə Qarşı Ayrı-Seçkilik Əleyhinə Komitəsinin sədri Uorren Deyvid. O deyir ki, Amerika ərəbləri cənab Obamaya Fələstin dövlətinin yaradılması istiqamətində inkişafın olmamasından narahatlığını ifadə edib: “Mən ümid edirəm ki, siz bir iz qoyacaqsınız və prezident kimi nəyə isə nail olacaqsınız. Mən əvvəlcə məsələyə olduqca bədbin nəzərlə baxırdım, amma prezidentin və müşavirlərin dediklərindən sonra görüşü nikbin əhval-ruhiyyədə tərk etdim.”

Uorren Deyvidin sözlərinə görə, Amerika ərəbləri cənab Obamaya İsrail və fələstinlilər arasında sülhə nail olunacağına inandıqlarını deyiblər.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG