Accessibility links

Barak Obama və Mişel Obama Amerika xalqını Milad bayramı münasibəti ilə təbrik edib



ABŞ prezidenti Barak Obama və birinci xanım Mişel Obama bu gün Amerika xalqını Milad bayramı münasibəti ilə təbrik edib, ABŞ qüvvələri və onların ailə üzvlərinə əvəzsiz xidmətlərinə görə təşəkkürünü bildirib.

Həftəlik radio müraciəti zamanı ABŞ dövlət başçısı xanımı ilə bərabər amerikalıları hərbi xidmətdə olan hər bir şəxsə görə dua etməyə çağırıb.

Bu gün Obamalar ailəsi Hololuluda bayram tətilinə başlayıb. Birinci ailə adəti üzrə Milad tətilini prezidentin doğulduğu Havayda keçirir.

Ağ Ev rəsmiləri onun Vaşinqtona bayramdan sonra dönəcəyini bildirir. Tətildən sonra Barak Obamanı vergilərin artmasının qarşısını almaq kimi gərgin iş gözləyir.
XS
SM
MD
LG