Accessibility links

ABŞ prezidenti şaxtalarda təhlükəsizlik qaydalarının gücləndirilməsinə çağırır


Aprelin 5-də Qərbi Virciniya ştatında şaxtada qəza zamanı 29 şaxtaçı həlak olmuşdu

ABŞ prezidenti Barak Obama Qərbi Virciniya ştatında bu ayın əvvəli şaxtada qəza nəticəsində həlak olmuş 29 şaxtaçının xatirəsinə həsr olunmuş mərasimdə iştirak edir.

Cənab Obamanın şaxtalarda təhlükəsizliyin gücləndirilməsinə çağıracağı gözlənilir.Prezident Obama ilə yanaşı mərasimdə ABŞ-ın vitse-prezident Co Bayden də nitq söyləyəcək.

Prezidentin çıxışının Ağ Ev tərəfindən açıqlanmış hissələrində şaxtalarda təhlükəsizliyin gücləndirilməsi üçün görüləcək işlər göstərilir.

Aprel ayının 5-də partlayışın baş verdiyi şaxtasında təhlükəsizlik qaydalarının uzun müddətdir pozulduğu bildirilir. ABŞ prezidenti təhlükəsizliyi sual doğuran şaxtaların təftişi haqda göstəriş verib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG