Accessibility links


ABŞ prezidenti Barak Obama Konqresə ölkənin mühacirət sisrtemində islahatların vaxtının gəlib çatdığını deyib.

Ağ Evdə danışan cənab Obama ABŞ-ın Meksiko ilə cənub sərhədinin möhkəmləndirilməsini və hazırda Birləşmiş Ştatlarda hazırda 11 milyon sənədi olmayan mühacirə 13 il ərzində vətəndaşlıq verilməsini nəzərdə tutan güzəştli qanun layihəsini dəstəklədiyini bildirib.

Senatda qanun layihəsi ilə bağlı birinci səsvermədən öncə açıqlama verən cənab Obama deyib ki, nə o, nə də qanunvericilər mühacirətlə bağlı istədikləri bütün şərtlərin qəbul ediləcəyini gözləməməlidir. Lakin o əlavə edib ki, bu, son illər ərzində məntiqə uyğun islahatın qəbul edilməsi üçün ən gözəl imkandır və Konqres onu təsdiq etməlidir.

Konqresin Nümayəndələr Palatasının spikeri, respublikaçı Con Beyner mühacirətə dair qanun layihəsinin təsdiq ediləcəyinə inandığını deyib. Lakin o bildirib ki, ABŞ-ın Meksiko ilə sərhəddində təhlükəsizliyin gücləndirilməsi ilə bağlı Senatda təklif edilmiş qanun layihəsindəki məhdudiyyətlərdən daha ciddi ölçülərin götürüləcəyi gözlənilir.
XS
SM
MD
LG