Accessibility links


ABŞ prezidenti Barak Obama Konqresin Nümayəndələr Palatasını sərhəd təhlükəsizliyini gücləndirəcək və hazırda Birləşmiş Ştatlarda qeyri-qanuni yaşayan insanların vətəndaşlıq almasına yol açacaq Senat tərəfindən dəstəklənən mühacirətə dair qanunu qəbul etməyə çağırıb.

Cənab Obama şənbə günü Amerika xalqına həftəlik müraciətində deyib ki, Senatda demokratların əksəriyəti tərəfindən qəbul edilən qanun layihəsi Amerika iqtisadiyyayıtının inkişafına xidmət edəcək. O, mühacirətə dair islahatın yüksək peşəkarlığa malik mühacirlərin, eləcə də ABŞ-ın kollec və universitetlərindən təhsil alan tələbələrin öz bizneslərinə başlaması və Amerikada yeni iş yerlərinin açılmasını yüngülləşdirə biləcəyini bildirib.

Prezident Obama onun fikri ilə razı olan amerikalıları respublikaçıların əksəriyyət təşkil etdiyi Nümayəndələr Patasında öz nümayəndələrini mühacirət islahatını qəbul etməyə çağırmağa sələyib. Qanun layihəsi Konqresin Nümayəndələr Palatasında qəbul edildikdən sonra prezident ona imza atmalıdır.
XS
SM
MD
LG