Accessibility links

ABŞ prezidenti Barak Obama həftəlik müraciətində deyib ki, ölkənin qərbində yerləşən Kolorado ştatının Valdo kanyonunda yanğının söndürülməsi federal, stat və yerli icmaların görünməmiş səyləri nəticəsində mümkün olmuşdur.

Prezident Obama yanğının tam söndürülməsinə nail olmaq üçün mümkün federal ehtiyatlardan istifadə edildiyini təmin etməyə çalışacağını deyib. ABŞ prezidenti yanğınsöndürənlərə nümayiş etdirdikləri şücaət və intizama görə təşəkkürünü bildirib. O habelə yanğınsöndürənlərin ərzaq, su və digər təchizatla təmin edilməsinə səy göstərən könüllülərin də işini xüsusi qeyd edib.

Prezident Obama Amerika xalqına müraciətini Kolorado ştatından edib. Cümə günü cənab Obama yanğının təsirinə məruz qalan ərazilərdə olub.

Yanğın iki adamın ölümü, 35 min ailənin yaşadığı ərazilərdən evakuasiya edilməsilə nəticələnmişdir.
XS
SM
MD
LG