Accessibility links

"Azadlıq qorxudan daha güclüdür!"


Prezident Barak Obama Ağ Evin Oval Ofisindən xalqa müraciət edir. 6 dekabr, 2015.

Prezident Barak Obama Ağ Evin Oval Ofisindən xalqa müraciət edir. 6 dekabr, 2015.

Kaliforniyada baş vermiş son terror hücumunun ardınca Prezident Barak Obama amerikalıları əmin edib ki, onun administrasiyası terror təhlükəsini ciddi qəbul edir və bu təhlükəyə qarşı lazım olan ölçüləri götürməkdədir.

Ali Baş Komandan olaraq mənim bir nömrəli vəzifəm Amerika xalqının təhlükəsizliyidir.

Ağ Evin Oval Ofisindən xalqa müraciətində cənab Obama bildirdi ki, Federal Təhqiqatlar Bürosu (FBI) hələ də ötən həftə Kaliforniya ştatının San Bernardino şəhərində baş vermiş qətliamla bağlı faktları araşdırır. O, əlavə etdi ki, hücumçuların xaricdə mövcud olan geniş terror şəbəkəsinə mənsub olduğu barədə dəlil üzə çıxmayıb.

O, bildirdi ki, ABŞ terror hədələrinə qarşı müdafiə tədbirlərini gücləndirib və vurğuladı ki, ABŞ silahlı qüvvələri xaricdə terrorist şəbəkələrini təqib etməkdə davam edir.

Ötən çərşənbə günü Kaliforniya ştatının San Bernardino şəhərində baş vermiş terror hücumunda 14 amerikalı həlak oldu. Rəsmilər hücumda istifadə olunmuş maşından dəlillər toplayır. 3 dekabr, 2015.

Ötən çərşənbə günü Kaliforniya ştatının San Bernardino şəhərində baş vermiş terror hücumunda 14 amerikalı həlak oldu. Rəsmilər hücumda istifadə olunmuş maşından dəlillər toplayır. 3 dekabr, 2015.

ABŞ prezidenti qeyd etdi ki, indi terrroçular Kaliforniyada baş verən həmin hücum kimi “qeyri-mürəkkəb” taktikalara əl atırlar.

Obama amerikalıların hazırda dərhal müalicəsi olmayan xərçənglə üzləşdiklərini bildirərək İŞİD-in darmadağın ediləcəyini bəyan etdi.

O, söz verdi ki, ABŞ hərbi qüvvələri terrorist liderləri istənilən ölkədə təqib edəcəklər. Obama həmçinin bildirdi ki, ABŞ İŞİD-ə qarşı vuruşan Suriya və İraq qüvvələrinə yardımını davam etdirəcək. O, həmçinin ABŞ-ın müttəfiqlər və beynəlxalq ictimaiyyətlə birgə işləyərək Suriya müharibəsinə son qoymaq üçün səy göstərdiyini bildirdi.

Prezident Obama Dövlət Departamentinə və Daxili Təhlükəsizlik Departamentinə qadın hücumçunun ABŞ-a müvafiq qaydada əsaslanaraq daxil olduğu xüsusi visa proqramını nəzərdən keçirməyə tapşırıq verdiyini söylədi.

İŞİD İslamı təmsil etmir. Onlar başkəsən və qatildirlər, ölüm kultunun nümayəndələridir və onlar dünyada yaşayan bir milyarddan çox müsəlmanın olduqca xırda bir kəsimini təşkil edir.

O, Konqresi qeyri-uçuş siyahısında olan insanların silah almasını qadağan etməyə çağırdı. Prezident əlavə etdi ki, hökumət insanların avtomat silahlar almasının qarşısını almağa çalışmalıdır.

O, müharibənin Amerika ilə İslam arasında mübarizə kimi təqdim olunmasına imkan verməməyə çağırdı. “İŞİD-in istədiyi elə budur,” deyə o vurğuladı.

Prezident bildirdi ki, müsəlman liderlər ABŞ-la birgə Əl-Qaida və İŞİD-in müəllifləri olduğu bu nifrət ideologiyasına qarşı mübarizə aparmalıdırlar. Eyni zamanda bütün amerikalıların borcudur ki, müsəlman amerikalılara qarşı fərqli rəftara imkan verməsin.

“Biz tarixin düz tərəfindəyik,” deyə Prezident Obama terrorizmə qarşı mübarizənin qələbə ilə başa çatacağına əmin olduğunu söylədi.

“Gəlin unutmayaq ki, azadlıq qorxudan daha güclüdür,” deyə Obama əlavə etdi.

XS
SM
MD
LG