Accessibility links

Barak Obama: Amerika xalqı siyasət deyil, hərəkətə səs verib


Barak Obama bu həftə keçirilən prezident seçkilərində Amerika xalqının siyasət deyil, hərəkətə səs verdiyini deyib.

Həftəlik radio müraciəti zamanı ABŞ prezidenti bildirib ki, administrasiyasının əsas prioriteti iş yerlərinin açılması və artımdır. O, balans olmadan heç bir iqtisadi təklifi qəbul etməyəcəyini bildirib.

ABŞ dövlət başçısı 250 min dollardan artıq illik gəliri olanların əlavə vergi ödəmədiyi təqdirdə, tələbələr, yaşlılar vvə orta sinif amerikalılardan defisiti ödəməsini istəyə bilməyəcəyini deyib.

ABŞ-ın Nümayəndələr Palatasının spikeri Con Beyner respublikaçıların radio müraciəti zamanı bildirib ki, Konqres vergiləri qaldırmaqdansa, vergi boşluqlarını doldurmalıdır.

O, vergilərin azaldılmalı və sosial proqramların dəyişdirilməsinin vacibliyini önə çəkərək, tərəflərin Konqresin qəbul edə biləcəyi bir razılıq əldə edəcəyinə ümid bəslədiyini bildirib.
XS
SM
MD
LG