Accessibility links

Obama: Defoltun iqtisadi nəticələrə gətirib çıxarmasına yol verilməməlidir


ABŞ prezidenti Barak Obama deyib ki, hökumətin maliyyəşdirilməsi və borc limiti məsələləri ətrafında yaranmış siyasi böhranla əlaqədar bu həftə Konqres üzvlərilə keçirilən görüşlərdə hamı bir nəticəyə gəlib: ölkənin öhdəliklərinin yeinə yetirə bilməməsinin iqtisadi nəticələrə gətirib çıxara bilməsinə yol vermək olmaz.

Amerika xalqına həftəlik müraciətində prezident Obama deyib ki, ölkənin “ideal kredit reytinqinə” zərbə vurulması Amerikada hamı üçün kreditin bahalaşmasına gətirib çıxaracaq, bu isə öz növbəsində, onun sözlərilə “Amerikada hər bir ailə və birnes şirkəti üçün respublikaçıların devolt vergisi”nə çevriləcək.

Ağ Ev siyasi böhrandan çıxmaq üçün respublikaçılarla hər hansı bir razılığın hələ də əldə olunmadığını bildirir.

Respublikaçıların müraciətini çatdıran ABŞ-ın Silahlı Qüvvələr komitəsinin sədri Bak Makkeon bu həftə danışıqlarda respublikaçılar və demokratların hərbi qulluqçular və olnarın ailələrinin hökumət idarələrinin bir hissəsi bağlı qaldığı zaman müdafiəsi məsələsilə ilə əlaqədar ümumi fikrə gəldiyini və tərəflərin razılığa gəlmək üçün işi davam etdirməli olduğunu deyib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG