Accessibility links

Obama:Demokratlar və respublikaçılar üç sahədə dərhal işə başlaya bilər


ABŞ prezidenti Barak Obama demokratlar və respublikaçıların dərhal üç sahədə birgə işləyə biləcəyinə inandığını deyib.

Hökumətin qismən bağlanması başa çatdıqdan və borclara görə defoltun qarşısının alınmasından sonra Amerika xalqına ilk müraciətində cənab Obama deyib ki, iki partiyanın nümayəndələri iqtisadiyyatın durmadan inkişafını təmin edəcək büdcənin hazırlanmasına çalışmalıdır.

Prezident Obama bildirib ki, demokratlar və respublikaçıların birgə işləyə biləcəyi daha bir sahə mühacirət sistemində islahatların başa çatıdırılmasıdır. Onun sözlərinə görə, Senat iki partiyanın nümayəndələrinin dəstəyini almış qanun layihəsini təsdiq edib və indi Nümayəndələr Palatası da eyni işi görməlidir.

ABŞ prezidenti demokratlar və respublikaçı qanunvericilərin birgə iş apara biləcəyi üçüncü sahə kimi fermer təsərrüfatlarının inkişafı və ucqar bölgələrdə imkanların artırılmasını nəzərdə tutan qanun layihəsinin təsdiqini göstərib.

Respublikaçılar partiyasının adından müraciəti Virciniya ştatının baş prokororu Ken Kuçinelli edib. O deyib ki, prezident Obamanın səhiyə xidmətlərinə dair qanunu ölkənin qurulduğu azadlıqların təhqir olunması deməkdir. Virciniya ştatının qubernatorluğu uğrunda mübarizə aparan Kuçinelli bildirib ki, qanun layihəsi federal hökumətin daha da genişləndirilməsinə gətirib çıxarmaqla yanaşı, həm də ölkədə narazılıqla qarşılanıb.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG