Accessibility links

Prezident Obama Ağ Evin Müxbirlər Assosiasiyasının illik ziyafətində sonuncu dəfə iştirak edib [VİDEO]


ABŞ prezidenti Barak Obama Ağ Evin Müxbirlər Assosiasiyasının ziyafətində çıxış edir

ABŞ prezidenti Barak Obama Ağ Evin Müxbirlər Assosiasiyasının ziyafətində çıxış edir

ABŞ prezidenti Obama şənbə günü hakimiyyətdə olduğu müddətdə sonuncu dəfə Ağ Evin Müxbirlər Assosiasiyasının siyasətçilər və media nümayəndələri haqda zarafatları ilə tanınan illik ziyafətinə qatılıb. Hər il keçirilən bu rəsmi tədbirə tanınmış jurnalistlər və media maqnatlar, eləcə də Hollivud ulduzları və nüfuzlu siyasətçilər qatılır.

Ağ Evin Mətbuat Assosiayasının ziyafətinin aparıcısı Larri Vilmor və ABŞ-ın birinci xanımı Mişel Obama

Ağ Evin Mətbuat Assosiayasının ziyafətinin aparıcısı Larri Vilmor və ABŞ-ın birinci xanımı Mişel Obama

Hər il olduğu kimi bu il də prezident Obamanın çıxışında siyasi zarafatlar yer alıb. ABŞ prezidenti hakimiyyəti bitəndən sonra hələ bir müddət Vaşinqtonda qalacağını və nə işlə məşğul olacağı haqda düşündüyünü deyib. Obamanın gələcək planları ilə bağlı ziyafət iştirakçılarına təqdim etdiyi qısa yumoristik videoda onun vitse-prezident Co Bayden və Konqresin keçmiş spikeri Con Beynerdən məsləhət aldığı göstərilib.

Bu il ziyafətdə diqqət mərkəzində ABŞ prezident seçki kampaniyası olib. Prezident Obama çıxışında prezidentliyə demokrat və respublikaçı namizədlər haqda zarafatlar edib.

Respublikaçı namizəd Donald Trampın xarici siyasət sahəsindətəcrübəsidən danışan prezident Obama milyarder biznesmenin Kainat gözəli müsabiqəsi (Miss Universe) klubun sahibi kimi dünya liderləri ilə görüşdüyünü deyib: "Məsələn, Miss İsveç, Miss Argentina, Miss Azərbaycan."

Demokrat partiyasından prezidentliyə namizəd senator Berni Sanders zalda qonaqlar arasında olub.

ABŞ prezidentliyə demokrat namizəd Berni Sanders Ağ Evin Müxbirlər Assosiasiyasının ziyafətində

ABŞ prezidentliyə demokrat namizəd Berni Sanders Ağ Evin Müxbirlər Assosiasiyasının ziyafətində

Prezident Obama çıxışında həmçinin azad mətbuatın cəmiyyətdə rolundan danışıb. O, ölkədə və bütün dünyada jurnalistlərin vətəndaşların məlumatlandırılması, liderlərin məsuliyyət daşıması və xalqın öz hökumətlərini qura bilməsini təmin etmək üçün çətin və məsuliyyətli bir iş gördüyünü qeyd edib.

Ağ Evin Müxbirlər Assosiasiyasının ənənəvi ziyafəti paytaxt Vaşinqtonda böyük siyasət və Hollivudun qovuşduğu bir tədbir hesab edilir. ABŞ prezidentlərinin bu tədbirdə yumor hissini nümayiş etdirməsi mətbuatla yanaşı, ictimaiyyətə ölkədə ən yüksək vəzifəni tutan şəxsin özəl keyfiyyətlərini daha yaxından görmək imkanı verir.

XS
SM
MD
LG