Accessibility links

ABŞ prezidenti NATO-nun baş katibi ilə görüşüb


Obama və Rasmussen gələn il keçiriləcək zirvə toplantısını müzakirə edib

ABŞ prezidenti Barak Obama deyib ki, NATO gələn il Əfqanistanda 12 ildir davam edən müharibənin "son mərhələsi" adı altında zirvə toplantısı keçirəcək.

ABŞ lideri Ağ Evdə NATO-nun Baş katibi Anders Foq Rasmussenlə gələn il keçirilməsi nəzərdə tutulan zirvə toplantısını müzakirə edib. Zirvə toplantısının harada və ya nə vaxt keçiriləcəyi hələlik məlum deyil. Cənab Obama deyib ki, o və Rasmussen ABŞ-ın başçılığı ilə müttəfiq qüvvələr 2014-cü ilin sonunda ölkəni tərk etdikdən sonra Əfqanıstan qüvvələrinin təhlükəsizliyə nəzarət edə biləcəyinə əmin olmaq istəyirlər.

Hər iki lider həmçinin gələcək missiyalar üçün NATO-nun döyüş hissələrinnə təlim verilməsi və onların müasirləşdirilməsi məsələlərini müzakirə edib. Cənab Obama bildirib ki, NATO qüvvələri fərqli münaqişələrə hazır olmalıdır.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG