Accessibility links

Obama və Rasmussen alyansın qarşılaşdığı riskləri müzakirə edib


NATO müasir dövrün hədələri qarşısında
please wait

No media source currently available

0:00 0:03:10 0:00

NATO-nun Baş katibi Anders Fogh Rasmussen ABŞ prezidenti Obama ilə alyansın dünyanın iki bölgəsində qarşılaşdığı böhranı müzakirə edib. Ağ Evdə keçirilən görüş NATO-nun sentyabr ayında mühüm sammitə hazırlaşdığı vaxta təsadüf edir.

Prezident Obama və Anders Fogh Rasmussen arasında Ağ Evdə görüşün rahat atmosferdə keçməsinə baxmayaraq, müzakirələrin diqqət mərkəzində böhranlı və gərgin vəziyyətlər dururdu; NATO-nun üzləşdiyi risklər. Görüşün keçirildiyi gün NATO-nun Əfqanıstanda dörd əsgəri intiharçı bomba hücumu zamanı həyatını itirmişdir.

Əfqanıstanda kütləvi pozuntularla müşayiət edildiyi deyilən prezident seçkisinin mübahisəli nəticələrinin elan edilməsindən sonra hər iki namizəd qələbə çaldığını iddia edir. Bütün bunlar NATO-nun ölkədə gələcəyi ilə bağlı narahatlıqlara səbəb olur.

Anders Fogh Rasmussen: “Məsələlər sentyabrda NATO sammitinə qədər aydınlaşdırılmasa, təhlükəsizliyə dair müqavilənin bu müddətdə imzalanacağını gözləmək olmaz və bu halda biz 2014-cü ildən sonra təlim missiyasının planlaşdırılması ilə bağlı ciddi problemlərlə qarşılaşa bilərik.”

ABŞ-ın Əfqanıstanda 31 min nəfərdən ibarət əsgəri qüvvəsi, NATO-nun başçılığı ilə Təhlükəsizliyə Yardım Qüvvələrinin tərkbində isə daha 17 min Amerika əsgəri xidmət göstərir.

Lakin təhlükəsizliyə dair yeni müqavilə olmadan bu səviyyədə əsgəri qüvvə saxlamaq çətin olacaq, bu isə ölkədə qeyri-sabitliyə yol aça bilər.

Bütün bunlarla yanaşı Rusiyanın Krımı işğal etməsi və Ukraynanın şərqində separatçılara dəstək verməsilə əlaqədar gərgin vəziyyət mövcuddur.

ABŞ-ın Ukraynadakı keçmiş səfiri Stifen Payfer: “Rusiyanın siyasəti və Rusiyanın davranışı kimi yeni narahatlıq mənbəyini nəzərə alsaq, NATO-nun diqqəti yenidən öz ilkin missiyasına yönəldəcəyini gözləmək olar, bu da kollektiv müdafiədən ibarətdir.”

ABŞ və NATO Rusiyanın eyni addımı başqa regionlarda da ata bilməsinə görə narahat olan Polşa və Baltikyanı ölkələrə dəstək məqsədilə addımlar atıb.

Lakin NATO və müttəfiqlərin imkanları tükənməz deyil.

İsveçin Xarici İşlər naziri Karl Bildt: “Rusiyanın tamamilə təcrid edilə bilməsini düşünmürəm. Biz bunu etməyə çalışmırıq, lkain onların siyasətinin qəbuledilməz olduğu və bunun iqtisadi nəticələrinin olacağı ilə bağlı xəbərdarlıq edirik.”

Vaşinqtonda Atlantika mərkəzində təhlilçi Yorqe Benitezin fikricə, ABŞ və NATO məsələyə tam aydınlıq gətirməyib. “Biz riskə getmək istəmirik və Putin daha zəif mövqedə olsa da, o, bunun bədəlini ödəməyə və öz mövqeyini möhkəmlətməyə hazır görünür və buna görə də o indiyə qədər üstün vəziyyətdə olub.”

NATO-nun narahatlıqlarına bir səbəb də müdafiə xərclərinə dəstəyin az olmasıdır.

Anders Fogh Rasmussen NATO üzvlərinin minimim tələblərini qarşıladığı halda, alyansın əlavə 90 milyard dollar maliyyə əldə edə biləcəyini deyib.

Bu maliyyə NATO-nun dünyanın bir sıra bölgələrində risklər və hədələrlə qarşıladığı vaxt xüsusi önəm daşıyır.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG