Accessibility links

ABŞ prezidenti Barak Obama bildirib ki, Amerika və İran nümayəndələri Tehranın nüvə proqramına dair fikir ayrılığını azaltmağa nail olub. Lakin o deyib ki, uyğun razılıq əldə edilmədiyi təqdirdə danışıqlar dayandırılacaq.

Cənab Obama CBS kanalının ictimai məsələlərə həsr edilmiş Face the Nation proqramına müsahibə verib. O deyib ki, əldə ediləcək hər bir razılığa Qərb müfəttişlərinin Tehranın nüvə silahı istehsal etmədiyini yoxlaması daxil olmalıdır.

Daha sonra proqdamda çıxış edənİsrailin baş naziri Benyamin Netanyahu deyib ki, İranin nüvə silahı istehsal etməsinin qarşısını almağa dair o və cənab Obamanın məqsədi eynidir. "Yeganə fərq buna necə nail olmaqdadır," deyə Netanyahu əlavə edib.

Cənab Netanyahu İsrailin mövcudluğunu tanımayan Həmas yaraqlıları ilə birləşən hökumətlə də danışıqlara inanmadığını bildirib.

İsrail lideri Vaşınqtona səfəri zamanı ABŞ Konqresinə müraciətində İran ilə nüvə razılığını “pis razılıq” adlandırıb.

Onun çıxışı cənab Obamanın tənqidləri ilə qarşılanıb. Prezident deyib ki, Netanyahu İranın nüvə ambisiyalarını aradan qaldırmaq üçün yeni, alternativ yol təklif etməyib. Ağ Ev rəsmiləri həmçinin bildirib ki, Nümayəndələr Palatasının spikeri Con Beynerin cənab Netanyahunu Konqresdə çıxış etməyə dəvət etməsi rəsmi protokolun pozulması deməkdir. Belə ki, respublikaçı lider Ağ Evlə məsləhətləşmədən bu addımı atıb.

XS
SM
MD
LG