Accessibility links

ABŞ prezidenti Barak Obama Nevada ştatının Las Veqas şəhərində seçkiqabağı kampaniyasını davam etdirir. Kampaniya yürüşü zamanı dövlət başçısı müəllimlər və tələbələrin bübcə kəsirinin mənfi təsirinə məruz qaldığını və respublikaçıların əlavə ixtisarlarının onlara daha pis təsir göstərəcəyini deyib.

Prezident Konqresin respublikaçı üzvlərini müəllimlərin yeni iş yerlərinə daiq qanun layihəsinə mane olmaqda günahlandırıb.

O deyib ki, respublikaçıların təhsil proqramı uşaqlar üçün böyük ədalətsizlikdir.

Virciniya ştatında kampaniya aparan respublikaçı Pol Rayan Amerikanın daha qüdrətli təhsil sisteminə ehtiyacı olduğunu deyərək, onun və prezidentliyə namizəd Mitt Romninin orta sinfi gücləndirməyə çalışdığını bildirib.

Rayan prezident Obamanı sosial səhiyyə proqramının milyardlarla dollarını israf etməkdə günahlandırıb.

Son rəy sorğularına görə, Barak Obama seçicilərin 47, Romni isə 46 faizinin dəstəyini əldə edib.
XS
SM
MD
LG