Accessibility links

Obama Ağ Evdə Nigeriya prezidenti ilə görüşüb


ABŞ prezidenti Barak Obama Nigeriyalı həmkarı Muhammadu Buhari ilə Ağ Evdə bir araya gələrək, Boko Haram hərbi qruplaşmasının törətdiyi təhlükə və digər məsələləri müzakirə edib.

Nigeriyanın dünyanın ən əhəmiyyətli ölkələrindən biri olduğunu bildirən cənab Obama əlavə edib ki, keçirilən son seçkilər və hakimiyyətin dinc dəyişilməsi Nigeriyanın demokratik dəyərlərə sadiqliyini təsdiq edir.

Cənab Obama Boko Haram qrupunun hücumlarından narahat olduğunu və prezident Buharinin bu hərbi qruplaşmanı məğlub etmək, o cümlədən, Nigeriyanın iqtisadi dirçəlişinə mane olan korrupsiyanın aradan qaldırmaq üçün əhatəli proqramları olduğuna ümid etdiyini söyləyib.

Bu, may ayında prezidentlik vəzifəsinin icrasına başlayan cənab Buharinin Vaşinqtona ilk səfəridir. Ağ Ev rəsmiləri bu səfərin iki ölkə arasında əməkdaşlığın güclənməsi və genişlənməsinə xidmət etdiyini bidirib.

Həm ABŞ, həm də Nigeriya münasibətlərin yaxşılaşdırılmasında maraqlıdır. Nəzərinizə çatdıraq ki, Nigeriyanın keçmiş prezidenti Qudlak Conatanın hakimiyyəti dövrü ABŞ-ın Boko Haram qrupuna qarşı mübarizə üçün təklif etdiyi dəstək rədd edilmişdi.

XS
SM
MD
LG