Accessibility links

Obama nüvə təhlükəsizliyi istiqamətində "əhəmiyyətli irəliləyiş" görür


Prezident Barak Obama Nüvə Təhlükəsizliyi Sammitinin açılış plenar sessiyasında çıxış edir. 1 aprel, 2016.

Prezident Barak Obama Nüvə Təhlükəsizliyi Sammitinin açılış plenar sessiyasında çıxış edir. 1 aprel, 2016.

ABŞ prezidenti Barak Obama dünya ölkələrinin nüvə təhlükəsizliyi sahəsində əldə etdikləri əhəmiyyətli irəliləyişləri alqışlayıb və Birləşmiş Ştatların nüvə ehtiyatlarını azaltmaq və onları daha təhlükəsiz saxlamaq səylərində digər ölkələrlə əməkdaşlığı davam etdirəcəyini bildirib.

Vaşinqtonda Nüvə Təhlükəsizliyi Sammitində iştirak edən 50-dən çox dünya liderinin önündə çıxış edən Obama 12-dən çox ölkənin atom bombalarının hazırlanmasında istifadə edilən radiokativ elementlər olan zənginləşdirilmiş uran və pluton təchizatından azad olduğunu vurğulayıb.

Nüvə Təhlükəsizliyi Sammiti

Nüvə Təhlükəsizliyi Sammiti

Dörd nüvə sammiti daxil olmaqla, altı il ərzində nüvə təhlükəsizliyi üzərində keçirilən beynəlxalq görüşlərdə Obama “yeni düşüncə tərzi və yeni hərəkət növündən istifadə etməyə başladıqlarını” deyib.

“Bu, 21 əsrdə təhlükəsizlik probleminin kamil nümunəsidir ki, heç bir ölkə bu problemi təkbaşına həll edə bilməz,” deyə Obama bildirib. “Bunun üçün ölkələr və qurumlar arasında koordinasiya olunmalıdır və koalisiyalar yaranmalıdır. Yaxşı xəbərsə odur ki, biz bu sahədə böyük irəliləyişlər etmişik.”

Obama həmçinin ötən il İranla əldə olunan nüvə razılığında böyük rol oynanayan ölkələrin liderləri ilə də kiçik görüş keçirib. O, P5+1 adlanan bu qrupa İranla əldə edilən razılıq sayəsində onların “böyük uğrurlara nail olduqlarını” deyib.

Bu, 21 əsrdə təhlükəsizlik probleminin kamil nümunəsidir ki, heç bir ölkə bu problemi təkbaşına həll edə bilməz. Bunun üçün ölkələr və qurumlar arasında koordinasiya olunmalıdır və koalisiyalar yaranmalıdır. Yaxşı xəbərsə odur ki, biz bu sahədə böyük irəliləyişlər etmişik.

O, həmçinin qeyd edib ki, İran razılığının “tam və davamlı bir şəkildə həyata keçirilməsi beynəxlaq ictimiayyətin bu sahədə əməkdaşlığını tələb edəcək.”

Obamanın dördüncü və sonuncu nüvə sammiti İslam Dövləti yaraqlılarının radioaktiv bombadan istifadə edəcəyi və Şimali Koreyanın nüvə silahı inkişaf etdirməsi ilə bağlı narahatlıqların artdığı bir vaxta təsadüf edir.

O, nüvə təhlükəsizilyii üzərində işləyən onlarla ölkənin nüvə təhlükəsizliyini artırmaq məqsədilə nüvə sammitləri ərzində "260 konkret öhdəlik aldığını" deyib.

"Mən bir daha açıq şəkildə bildirmək istəyirəm ki, Birləşmiş Ştatlar öz üzərinə düşəni edəcək. Bu gün biz ordumuz nüvə materiallarını qorumaq məqsədilə gördüyü tədbirləri detallı bir şəkildə açıqlayacağıq ki, digər ölkələr də öz təhlükəsizlik və şəffaflıqlarını artıra bilsin."

Barak Obama və Park Guen-hye

Barak Obama və Park Guen-hye

Şimali Koreya

Cümə axşamı günün birinci yarısında isə Obama dünya liderləri ilə bir sıra görüşlər keçirəndən sonra Şimali Koreyanın daha bir balistik raket sınaqdan keçirdiyi barədə xəbər gəlib.

Sammitdən öncə Obama Ağ Evdə Cənubi Koreya prezidenti Park Geun-hye və Yaponiya baş naziri Şinzo Abe ilə Şimali Koreya təhlükəsini müzakirə edib. Daha sonra isə Obama Çinin dövlət başçısı Şin Tsinpinqlə də görüşərək digər məsələlərlə yanaşı Pxenyan barədə söhbət edib.

Pxenyandan bu görüşlərə rəmi münasibət gəlməyib. Lakin Şimali Koreyanın Cenvrədəki baş nümayəndəsi Reuters xəbər agentliyinə bildirib ki, Birləşmiş Ştatlar və digər ölkələrin xəbərdarlıqlarına baxmayaraq, Pxenyan nüvə və ballistik raket proqramını davam etdirməyi planlaşdırır.

Çin əsas mühafizə rolunu oynayır

ABŞ Şimali Koreyanın uzunmüddətli müttəfiqi olan Çinin nüvə silahları inkişaf etdirdiyinə görə Birləşmiş Ştatların Şimali Koreyaya qarşı sanskiya tətbiq etməsində böyük rol oynayacağına inanır.

Çərşənbə günü Ağ Evin xarici məsələlər üzrə müşaviri Ben Rods “Biz Çinin təzyiq göstərmək məsələsində bir çox irəliləyiş əldə etdiyini müşahidə etmişik” deyib.

Ləng irəliləyiş

Dövlət Departamentində nazirlərin qatıldığı nahar yeməyində dövlət katibi Con Kerri bəzən nüvə təhlükəsizliyi sahəsində irəliləyişlərin çox ləng olduğunu və bu məsələ ilə bağlı görüləsi daha çox işin olduğunu deyib. “Amma bizim atdığımız hər addım bizi təhlükədən bir addım da uzaqlaşdırır,” deyə o bildirib.

Obama ABŞ-ın İslam Dövləti cihadçılarının yeni terror hücumları həyata keçirmək məqsədilə nüvə materialları ələ keçirməsinin qarşısını almaq üçün yeni səylər göstərəcəyini deyib.

Şimali Koreya raket sınağı həyata keçirir

Şimali Koreya raket sınağı həyata keçirir

O, ötən üç nüvə təhlükəsizliyi sammitini 12-dən çox ölkəni zənginləşdirilmiş uran və pluton təchizatlarından azad olmağa təşviq etdiyini vurğulayıb. O, ABŞ və Rusiyanın nüvə ehtiyatlarının 1950-ci ildən bəri ən aşağı səviyyəyə azaltmaq yolunda irəliləyişlər əldə etdiklərini deyib. Obama həmçinin qeyd edib ki, iki ölkənin “Soyuq Müharibə dövründən qalan nəhəng nüvə arsenalı hazırki təhlükələrin qarşısını almağa yetərli deyil.”​

Rusiya sammitdə iştirak etmir

Sammitdə dünyanın 50 ölkəsinin liderinin iştirak etməsinə baxmayaraq, iki il öncə Ukraynanın Krım yarımadasını ilhaq etməsi ilə Qərb dövlətlərini Rusiyaya qarşı iqtisadi sanksiylar tətbiq etməyə təşviq etdiyinə görə Obama ilə gərgin münasibətləri olan Rusiya prezidenti Vladimir Putin sammitdə iştirak etmir.

Kremlin sözçüsü Dmitri Peskov Rusiyanın “gündəmi müəyyən etmək” məsələsində “qarşılıqlı əməkdaşlıqda yetərsizlik” səbəbindən sammitdə iştirak etmədiyini bildirib.

Yeni təşəbbüs

Barak Obama, Park Geun-hye və Şinzo Abe

Barak Obama, Park Geun-hye və Şinzo Abe

Sammit zamanı Britaniya ABŞ və Avropalı əməkdaşları ilə nüvə tullantılarını xərçəngə qarşı mübarizədə istifadə olunacaq materiala dəyişmək planı üzərində işləyəcəklərini açıqlayacaq.

Plana əsasən rəsmi London Şotlandiyadakı nüvə obyektlərindəki nüvə tullantılarını ABŞ reaktorlarında emal olunmağa göndərəcək, ABŞ isə öz növbəsində Avropa Atom Enerjisi İcması tərəfindən nəzarət olunan reaktorlara istifadə üçün uran göndərəcək.

Ağ Evin dediyinə görə, ekstremist qruplar tərəfindən nüvə hücumunun ehtimalı barədə konkret söz demək çətin olsa da, bütün dünyada mülki və hərbi proqramlar çərçivəsində 2 min kub metr zənginləşdirilmiş uran və ayrılmış pluton mövcud olduğu dəqiqdir.

“Biz bilirik ki, terroçu təşkilatlar bu xammallara və nüvə silahlarına çıxış əldə etmək istəyir,” deyə Rods bildirib.

Terror təhlükəsi

Barak Obama - Vladimir Putin

Barak Obama - Vladimir Putin

Martın 22-də Brüsseldə baş verən terror hücumları İslam Dövləti kimi qrupların nə dərəcədə təhlükəli olduğunu bir daha göstərib.

Cümə axşamı Ağ Evdə işgüzar naharda iştirak edən dünya liderlərinin bəziləri birbaşa terror hücumlarına məruz qalan ölkələrdəndir.

Dünya liderləri isə Pakistan kimi nüvə gücünə sahib olan ölkələrdə nüvə materialları və obyektlərinin təhlükəsizliyindən narahatdır.

Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzindən Şeron Skuassoninin dediyinə görə, 2010-cu ildə keçirilən ilk sammitdən bəri bəzi irəliləyişlər əldə olunsa da, “təhlükəli açıq nüvə materiallarını qorumaq məqsədinə hələ də nail olunmayıb.”

Ekspertlər isə deyir ki, bunun bir neçə səbəbi var: nüvə materillarına nəzarət edəcək beynəlxalq baza hələ də mövcud deyil, bəzi ölkələr kommersiya istifadəsi üçün nəzərdə tutulan təchizatları aşkara çıxarmağa könülsüzdür və son olaraq bəzi ordular nüvə materilları ilə nə etmək mövzusu üzərində razılaşa bilmir.

XS
SM
MD
LG