Accessibility links

ABŞ pzezidenti Atlantik okeanında ilk milli dəniz monumentinin təsis ediləcəyini bəyan edib. 12 min kvadrat kilometrlik sualtı kanyonlar və dağlar Nyu Enqland ştatı sahillərində salınacaq.

Barak Obamanın imzaladığı sərəncam bu su ərazisində balıqçılıq, mədən və qazma işlərini yasaqlayır. Lakin xərçəng sənayesinə 7 illik istisna verilib.

Prezident deyib ki, hazırkı durumda olan okeanları övladların və nəvələrimə ötürə bilmərəm.

Uşaqlarımıza belə okeanları miras qoymaq qəbuledilməzdir

​“Uşaqlarımıza belə okeanları miras qoymaq qəbuledilməzdir. Bunun üçün ciddi ölçülər götürülməlidir" -deyə ABŞ dövlət başçısı əlavə edib.

Monumentin ətrafındakı suların gözlənildiyindən daha tez qızacağı təxmin edilir. Prezidentin bəyanatı Vaşinqtonda okeanların müdafiəsinə dair konfrans vaxtı elan edilib. 20-dən artıq dövlət başçısı okeanların müdafiəsi üçün yeni planlar açıqlayır.

Obama deyib ki, ilk dəfə 3 il əvvəl işinə başlayan konfrans dünya hökumətləri və xeyriyyəçilərin 4 milliard dollarlıq investisiyasını cəlb edib. Prezident bu məbləğin kifayət etmədiyini desə də, ilk ödəniş üçün yaxşı göstərici olduğunu bildirib.

ABŞ dövlət katibi Con Kerri konfrans iştirakçılarına deyib ki, dünyanın təbii sərvətlərinin qorunması həyati bir məsələdir. O, ətraf mühitin mühafizəsində yekun qələbənin olmadığını bildirib. Dövlət katibi bunu davamlı bir mücadilə adlandırıb.

XS
SM
MD
LG