Accessibility links

Obama və Olland ABŞ-Fransa əməkdaşlığını təbliğ edir


ABŞ-Fransa

ABŞ-Fransa


ABŞ və Fransa Afrikada terrorizmə qarşı mübarizə sahəsində yaxın tərəfdaşlıq münasibətlərinin inkişaf etdirildiyini bildirib.

ABŞ prezidenti Barak Obama və Amerikada səfərdə olan Fransa prezidenti Fransua Olland iki ölkənin İranın nüvə ambisiyalarından tutmuş, əks-terror və Afrikada yoxsulluqla mübarizəyə qədər müxtəlif sahələrdə əməkdaşlığı haqda Washington Post Le Monde qəzetlərində birgə məqalə ilə çıxış edib.

Cənab Obama və cənab Olland məqalədə Fransa və Afrika Birlyi qüvvələrinin Malidə ABŞ-ın texniki və informasiya yardımı ilə Əl-Qaidə ilə əlaqəsi olan üsyançıları geriyə oturda bildiyini və bunun nəticəsində Malinin demokratik gələcəyə üz tuta bilməsinə imkan yaradıldığını yazıb.

Liderlər həmçinin Mali, Mərkəzi Afrika Respublikası və Somalidə hərbi əməkdaşlıq, eləcə də iqlim dəyişikliyinə dair gələn il Fransada keçiriləcək konfransdan öncə istixanə qazları tullantılarının azaldılması səylərini qeyd edib.

Cənab Obama və cənab Olland iki ölkənin səyləri nəticəsində Əl-Qaidənin yeni mövqelər qazanmasının qarşısının alındığını bildirib.

İki lider ABŞ və Fransa arasında münasibətlərin son bir neçə ildə transformasiyadan keçərək, hazırda beynəlxalq əməkdaşlıq modelinə çevrildiyini deyib.

Cənab Obama və cənab Olland bu gün Birləşmiş Ştatların üçüncü prezidenti olmuş Tomas Ceffersonun Virciniyada paytaxt Vaşinqtondan 180 kilometr məsafədə yerləşən tarixi Şarlotsvill şəhərindəki evinə ziyarət edib orada nitq söyləyəcəklər.
XS
SM
MD
LG