Accessibility links

Dünən axşam ABŞ prezidenti Barak Obama keçən həftə Umpqua İcma Kollecində qətlə yetirilən 8 tələbə və bir müəllimin ailə üzvləri ilə görüşüb.

Görüşdən sonra cənab Obama deyib ki, ölkə belə hadisələrin baş verməsinə yol açan qanunların necə qarşısının alması üsullarını tapmalıdır. “Bu gün isə ailələr qüssələnir” – deyə o, əlavə edib.

ABŞ prezidenti Oreqona çatan zaman isə onu silah tərəfdarı nümayişçilər qarşılayıb. “Obama evə get” və “Heç nə azadlığımıza qarşı çıxa bilməz” yazılmış plakatlar qaldıran yüzlərlə insan bildirib ki, bəzi insanlar onun silahlara nəzarətlə bağlı mövqeyini dəstəkləmir.

Prezident oxşar qətllərdən sonra dəfələrlə silahlara nəzarət qanunlarının gücləndirilməsinə çağırıb.

Bu, prezident Obamanın prezidentliyi dövründə baş verən ilk belə faciə deyil. O, dəfələrlə qanunvericilər silahların əldə edilməsi qanunlarını məhdudlaşdırmağa çağırsa da, buna nail ola bilməyib.

XS
SM
MD
LG