Accessibility links

ABŞ prezidenti ölkənin qərb sahillərinə səfərə gedir

ABŞ prezidenti Barak Obama ölkənin qərb sahillərinə 4 günlük rəsmi səfərə Oreqon ştatının Roseburq şəhərində kütləvi qətl zamanı öldürülən insanların ailə üzvləri ilə görüşlə başlayır.

Obama qətlə yetirilən 8 tələbə və bir müəllimin ailələri ilə gürüşünün etiraz aksiyaları ilə müşayiət olunacağı gözlənilir. Prezident oxşar qətllərdən sonra dəfələrlə silahlara nəzarət qanunlarının gücləndirilməsinə çağırıb.

Ağ Evin sözçüsü isə prezidentin səfəri öncəsi jurnalistlərə açıqlamasında bildirib ki, silah tərəfdarlarının heç nədən qorxusu yoxdur. "Fakt bundan ibarətdir ki, prezident səfərinin məqsədinin bu faciənin qurbanlarının ailə üzvləri ilə görüşmək olduğunu aydın edib".

Bu, prezident Obamanın prezidentliyi dövründə baş verən ilk belə faciə deyil. O, dəfələrlə qanunvericilər silahların əldə edilməsi qanunlarını məhdudlaşdırmağa çağırsa da, buna nail ola bilməyib.

XS
SM
MD
LG