Accessibility links

Obama Orlandoya səfər edəcək


Ağ Ev bildirir ki, ABŞ prezidenti Barak Obama bazar günü törədilən hücumda həlak olanların ailələrinə hörmət əlaməti olaraq cümə axşamı günü Florida ştatının Orlando şəhərinə getməyi planlaşdırır.

29 yaşlı Ömər Saddiqi Mətinin Pulse gecə klubunda avtomatdan açdığı atəş nəticəsində 49 nəfəri həyatını itirib, 53 nəfər yaralanıb. Üç saat keçən qarşıdurmadan sonra polis qüvvələri kluba daxil olaraq Mətini öldürüb.

Rəsmilər deyir ki, o, hücum zamanı Orlando şəhərinin qaynar xəttinə zəng edərək İŞİD-a sədaqət andı verdiyini bildirib və 2013-cü ildə Boston marafonunda üç nəfərin ölümülə nəticələnmiş bomba hücumuna münasibət bildirib.

Onun atası Saddiq Mətin oğlunun hərəkətinə görə peşmançılıq hissi keçirdiyini bildirib.

Orlando rəsmiləri bildirib ki, onlar Mətinə hücumda kömək edənlərin olub-olmadığı məsələsini araşdırırlar.

Hadisədən sonra Orlando şəhərində təhlükəsizlik tədbirləri gücləndirilib.

XS
SM
MD
LG