Accessibility links


ABŞ prezidenti Barak Obama ölkədə iqtisadi inkişafla bağlı çıxışında orta sinfin müdafiəsi istiqamətində fəaliyyət göstərilməli olduğunu deyib.

Prezident Obama İllinoys ştatında çıxışında Birləşmiş Ştatların beş il bundan əvvəl iqtisadi tənəzzüldən çıxa bildiyini deyib. Lakin on qeyd edib ki, bərpa dövrü ölkədə zəngin şirkət rəhbərlərinin sərvəti artdığı halda, orta sinfin vəziyyəti yaxşılaşmayıb.

Prezident Obama artan qeyri-bərabərliyin əxlaqi baxımdan düzgün olmadığını və ən çox zərəri iqtisadiyyata vurduğunu deyib.

Cənab Obama ABŞ Konresinin Nümayəndələr Palatasındakı mühafizəkar respublikaçıları hökumət xərclərinin azaldılmasına və bu yaxınlarda Senatda qəbul edilmiş əhatəli mühacirət qanununun qəbul edilməsinə səs vermədiklərinə görə kəskin tənqid edib.
XS
SM
MD
LG