Accessibility links

Prezident Obama Parisdə hücumu kəskin qınayıb


ABŞ prezidenti Barak Obama Parisdə həftəlik “Charlie Hebdo” qəzetinə hücumla bağlı bəyanatla çıxış edib. Ağ Evin veb səhifəsində yerləşdirilmiş bəyanatda deyilir: “Parisdə Charlie Hebdo” dərgisinin ofisində 12 adamın ölümülə nəticələnmiş dəhşətli atışmanı qınayıram. Bu ağır gündə fikirlərimiz və dualarımız terror hücumunun qurbanları və Fransa xalqı ilədir.

Amerikanın ən yaxın müttəfiqlərindən biri olan Fransa bizim və dünyanın təhlükəsizliyinə hədə təşkil edən terrorçulara qarşı mübarizədə Birləşmiş Ştatlarla çiyin-çiyinə dayanıb. Fransa xalqı dəfələrlə xalqlarımızın nəsillər boyu qoruduğu universal dəyərlərin müdafiəsinə qalxıb”-deyə prezident Obamanın bəyanatında bildirilir.

ABŞ prezidenti Birləşmiş Ştatlar rəsmilərinin Fransa rəsmiləri ilə əlaqə saxladığını və öz administrasiyasına terrorçuların ədalət məhkəməsi qarşısına çıxarılması üçün hər hansı bir yardımın edilməsinə dair göstəriş verdiyini bəyan edib.

XS
SM
MD
LG