Accessibility links

Obama ABŞ-Çin əlaqələrinin müsbət tərəflərinə diqqət ayırır


ABŞ prezidenti Barak Obama Vaşinqtonun inkişaf etmiş və sülhsevər Çinin inkişafını alqışladığını deyib. Prezident Obama bu açıqlamanı Pekində Asiya-Sakit okeanı ölkələrinin biznes liderlərinin zirvə toplantısında çıxışı zamanı verib.

Cənab Obama bazar ertəsi Çinlə yeni viza siyasətinin tətbiq ediləcəyini elan edib. Yeni razılaşmaya əsasən, qısa müddətli turist vizalarının müddətinin uzadılması və digər ölkənin vətəndaşlarına bir ildən ABŞ-da qalmaq üçün ən uzun müddət olan 10 il müddətinə qədər iş vizasının verilməsi nəzərdə tutulur. Yeni viza prosedurları noyabrın 12-dən qüvvəyə minir.

ABŞ prezidenti Pekinə Amerika və Çin arasında münasibətlərdə kiber casusluqdan tutumuş insan hüquqlarına qədər müxtəlif məsələlərlə əlaqədar gərginliyin mövcud olduğu bir vaxt səfər edir. Çin liderləri həmçinin ABŞ-ın öz hərbi qüvvələrini Sakit okeanı hövzəsinə yerləşdirməsini Çinin qarşısını almaq məqsədilə etdiyi fikrindədir.

Prezident Obama çərşənbə axşamı günü çinli həmkarı Tsi Tzinpinlə danışıqlar aparacaq.

Cənab Obama eyni zamanda, səfərindən ABŞ-ın Asiya-Sakit okeanı regionuna diqqətini vurğulamaq məqsədilə istifadə edir. O, bazar ertəsi günü ABŞ-ın Pekindəki səfirliyində 12 ölkənin daxil olduğu Trans-Sakit okeanı Tərəfdaşlıq ticarət zonasına dair region liderləri ilə danışıqlara ev sahibliyi edib. Çinin bu quruma daxil edilməməsi və Pekinin özünün Asiya azad ticarət zonasının yaradılmasına çalışmasına görə bu təşəbbüs ziddiyyətli hesab edilir.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG