Accessibility links

​​Barak Obama: ABŞ-ın başçılıq etdiyi koalisiya qüvvələri sürətlə hərəkət edir


ABŞ prezidenti bu gün Pentaqonda Milli Təhlükəsizlik Şurasının toplantısına rəhbərlik edib. Müzakirələr Amerikanın İslam Dövlətinə qarşı mübarizə səylərinə həsr edilib.

Barak Obama milli təhlükəsizlik komandası ilə terrorçulara qarşı kampaniyanın gücləndirilməsi və İslam Dövləti qrupunun məhvi yollarını müzakirə edib.

Görüşdən sonra president deyib ki, İŞİD-in Suriya və İraqdakı mövqelərini hədəf alan ABŞ-ın başçılıq etdiyi koalisiya qüvvələri sürətlə hərəkət edir.

Obama hava zərbələrinin heç vaxt olmadığı qədər iri miqyasda həyata keçirildiyini bildirib.

"ABŞ və onun silahlı qüvvələri İŞİD-in məhvi yolunda qlobal koalisiyaya rəhbərliyini davam etdirəcək. Noyabr ayında İslam Dövlətinin mövqelərinə daha çox bomba atılıb. Bu, kampaniya başladıldıqdan bəri ən çox bomba atılan ay olub"-deyə ABŞ dövlət başçısı bildirib.

O, İŞİD liderləri, komandirləri və qatillərinin bir-bir yox edildiyini deyib.

ABŞ və onun silahlı qüvvələri İŞİD-in məhvi yolunda qlobal koalisiyaya rəhbərliyini davam etdirəcək

Obama əlavə edib ki, Daxili Təhlükəslizlik Nazirliyi amerikalıların təhlükəsizliyi və sayıqlığı naminə xəbərdarlıq sistemini yeniləşdirib.

Barak Obamanı milli təhlükəsizlik komandası ilə görüşündə vitse-prezident Co Bayden və müdafiə naziri Eşton Karter müşayiət edib.

Keçən çərşənbə günü müdafiə naziri Senatın Silahlı Qüvvələr Komitəsinin önündə ifadə verib.

Eşton Karter

Eşton Karter

Eşton Karter deyib ki, Paris və San Bernardinoda baş verən dəhşətli hücumlara baxmayaraq, İslam Dövlətinə qarşı mübarizə üçün quru qüvvələr göndərmək səhv olardı və bu, düşmənin şərtlərinə görə döyüşmək deməkdir.

Karter deyib ki, Amerika İslam Dövlətinə qarşı kampaniyasını xüsusi qüvvələr və genişləndirilmiş hava hücumları vasitəsilə artırır

XS
SM
MD
LG