Accessibility links

Obama xarici səfərinin son dayanacağı olan Perudadır


Son xarici səfərinin sonuncə mərhələsində olan ABŞ prezidenti Barak Obama Peru paytaxtı Lima şəhərindədir. O, Donald Trampın seçilməsindən sonra ABŞ-ın Asia-Sakit Okean regionundakı müttəfiqlərini əməkşdaşlığın davamlılığına inandırmağa çalışır.

Obama hakimiyyəti dövrü diqqətini Asiya və Sakit Okean hövzəsinə yönəldərək "Asiya Yenidən Balanslaşma" adlanan bu siyasəti xarici siyasətinin ən mühüm aspektlərindən birinə çevirib. Ancaq 9 həftədən sonra onun Ağ Ev tərk etməsi ilə bu siyasətdə də ciddi dəyişikliklər baş verə bilər.

Prezident və azad ticarət müttəfiqləri TPP kimi tanınan Trans-Sakit Okean Tərəfdaşlığı ticarət razılığını qüvvəyə mindirmək üçün uzun illər çalışıblar. Ancaq seçki kampaniyası dövrü Respublikaçı namizəd və hazırd növbəti prezident seçilmiş Donald Tramp kəskin dəyişiklik kursu ilə çıxış edib.

Prezident və azad ticarət müttəfiqləri TPP kimi tanınan Trans-Sakit Okean Tərəfdaşlığı ticarət razılığını qüvvəyə mindirmək üçün uzun illər çalışıblar. Ancaq seçki kampaniyası dövrü Respublikaçı namizəd və hazırd növbəti prezident seçilmiş Donald Tramp kəskin dəyişiklik kursu ilə çıxış edib. Tramp təklif edib ki, Asiya ilə tərəfdaşlıqdan əl çəkəcəl. O, bunu Amerika maraqlarının "zorlanması" adlandırıb.

Peru prezidenti Pedro Pablo Kujinski sammit iştirak edən nümayəndələr deyib ki, o, mühafizəni təmin etmək istəyən hər hansı şəxsə 1930-cu ilin iqtisadi tarixini oxumağı məsləhət görür. O, bununla Böyük Tənəzzül dövrünü nəzərdə tutub. Çoxları həmin dövrdə tarifləri yüksəldən, ticarətə baryerlər tətbiq edən mühafizəçi siyasət nəticəsində vəziyyətin ağırlaşdığını hesab edir.

ABŞ-da təhsil almış iqtisadçı Kujinski deyib ki, dünya ticarətinin yenidən artması və proteksionizmin aradan qaldırılması fundamental məsələlərdir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG