Accessibility links

ABŞ prezidenti Barak Obama və digər dünya liderləri Peruda ticarət və Amerikanın yenicə prezident seçilmiş Donald Trampın yeni administrasiyası kimi məsələləri müzakirə edir.

Asiya Sakit Okeanı İqtisadi Əməkdaşlıq sammitindən öncə Obama Rusiya prezidenti Vladimir Putinlə görüşüb. Dövlət baçıları Suriya və Ukrayna ilə bağlı qısa müzakirələr keçirib.

ABŞ prezidenti Latın Amerikası və Karib hövzəsinin 1000-dən artıq gənc liderinə mesaj ünvanlayıb. Barak Obama onlara prezident seçilən Donald Tramp barədə “Pisi ehtimal etməyin”- deyə çağırış edib.

Perunun paytaxtında çıxış edən ABŞ dövlət başçısı nikbinliyə çağırıb. O bildirib ki, ümid olmayan yerdə heç nəyi yaxşılaşdırmaq mümkün deyil.

Yeni seçilmiş prezidentə komandasını toplayıb, məsələri nəzərdən keçirib, siyasətini müəyyən etməyə şans verilməlidir

Amerikanın gələcəyi ilə bağlı sualları cavablandırarkən Obama deyib ki, ən əsəsı dərhal mühakimə etməməkdir.

“Yeni seçilmiş prezidentə komandasını toplayıb, məsələri nəzərdən keçirib, siyasətini müəyyən etməyə şans verilməlidir” - deyə Obama bildirib. Prezident əlavə edib ki, kampaniyalar heç də idarəçililiyin necə olacağı demək deyil.

Son xarici səfərinin sonuncu mərhələsində olan ABŞ prezidenti Barak Obama Peru paytaxtı Lima şəhərindədir. O, Donald Trampın seçilməsindən sonra ABŞ-ın Asia-Sakit Okean regionundakı müttəfiqlərini əməkşdaşlığın davamlılığına inandırmağa çalışır.

Obama hakimiyyəti dövrü diqqətini Asiya və Sakit Okean hövzəsinə yönəldərək "Asiya Yenidən Balanslaşma" adlanan bu siyasəti xarici siyasətinin ən mühüm aspektlərindən birinə çevirib. Ancaq 9 həftədən sonra onun Ağ Ev tərk etməsi ilə bu siyasətdə də ciddi dəyişikliklər baş verə bilər.

Bu, ABŞ prezidentinin xarici ölkəyə 52-ci və son səfəridir.

Show comments

XS
SM
MD
LG