Accessibility links

ABŞ Prezidenti Barak Obama 2014-cü il üçün 3.77 trillion dollarlıq büdcə planı təklif edir. O, planın orta sinif amerikalıların iş və artımını nəzərdə tutduğunu deyib.

Ağ Evdə danışan ABŞ dövlət başçısı bildirib ki, plan sosial təminat proqramlarını tənzimləməklə yanaşı, korporasiyalar və zəngin amerikalıların vergi ödənişlərini müəyyən edəcək.

Təklif heç bir partiyanı razı salmayıb. Belə ki, onlar planın optimallıqdan uzaq olduğunu və komromiz mahiyyəti daşıdığını deyir.

Plan gələn 10 il ərzində defesitin 2 trillion azaldılmasını irəli sürür. Burada illik gəliri 1 milyon dollardan artıq olan insanların 30 faiz vergi ödəməsini nəzərdə tutur.

Bu planla rəqabət aparan bir neçə büdcə planı artıq republikaçıların nəzarəti altında olan Nümayəndələr Palatası və demokratların çoxluq təşkil etdiyi Senatda təsdiq edilib.

Barak Obama bu axşam Ağ Evdə veriləcək özəl şam yeməyi zamanı planını müzakirəyə çıxaracaq.
XS
SM
MD
LG