Accessibility links

ABŞ prezidenti Barak Obama Ukraynada gedən islahatlar və Polşada 25 il əvvəl kommunizmin süqutuna gətirib çıxarmış seçkilər arasında paralel apararaq deyib ki, dünya azadlıq istəyən insanlarla bir dayanmalıdır.

Varşavada Azadlıq günü münasibətilə keçirilən tədbirdə danışan cənab Obama Polşada 1989-cu ildə ilk azad seçkiləri azadlıq yolunda böüyk qələbə kimi yüksək qiymətləndirib.

ABŞ prezidenti azad dünyanın indi Rusiyanın Ukraynada “qaranlıq taktikası” əleyhinə birləşməli olduğunu deyib.

Təntənəli tədbirdən öncə prezident Obama Varşavada Ukraynanın yeni prezidenti seçilmiş Petro Poroşenko ilə görüşüb. Cənab Obama eyni zamanda Ukrayna hərbi qüvvələrinin ölkənin şərqində Rusiya tərəfdarı separatçıların mübarizəsinə yardım məqsədilə Ukraynaya beş milyon məbləğində qeyri-hərbi yardımının ayrıldığını elan edib. Bu maliyyə yardımından zirehli jiletlər, gecə görmə cihazları və rabitə avadanlığının alınmasında istifadə ediləcək.

Prezident Obama bildirib ki, beynəlxalq ictimaiyyət Rusiya ilə müzakirələrin keçirilməsi səylərinə dəstək verməli və Rusiyanın Ukraynada separatçılara maliyyə və silah yardımı göstərməməsini təmin etməlidir.
XS
SM
MD
LG