Accessibility links

ABŞ prezidenti Polşada səfərdədir (YENİLƏNİB)


ABŞ prezidenti Polşada səfərdədir (YENİLƏNİB)
ABŞ prezidenti Polşada səfərdədir (YENİLƏNİB)

ABŞ prezidenti Barak Obama İrlandiya, Britaniya və Fransadan sonra Avropa turunun son dayanacağı olan Polşaya səfər edib. Bu, cənab Obamanın ABŞ və NATO-nun yaxın müttəfiqi olan Polşaya ilk səfəridir.

Prezident Obama müharibə zamanı həlak olan əsgərlərin xatirə meorialı olan naməlum əsgərin məzarı önünə əklil qoyub. O həmçinin İkinci Dünya müharibəsi zamanı nasist Almaniyasının Polşada yaşayan yəhudiləri əsir düşərgəsinə göndərməmişdən əvvəl təcrid edilmiş şəkildə saxladığı Varşava gettosunda olmuşdur.

Cənab Obama bu gün Polşa prezidenti Bronislav Komorovski ilə görüşdən sonra şərqi və mərkəzi Avropa ölkələrinin liderləri ilə şam ziyafətində iştirak edəcək.

İki günlük səfər zamanı prezident Obamanın şərqi Avropada təhlükəsizlik və siyasi inkişaflar, eyni zamanda Varşava ilə hərbi əməkdaşlıq sahəsində münasibətlərin yeni mərhələyə çıxarılmasını müzakirə edəcəyi gözlənilir.

Polşanın Xarici İşlər naziri Radoslav Sikorski yerli mətbuata ABŞ hava qüvvələrinin kiçik birləşməsinin Polşa torpağında yerləşdirəcəyi haqda məlumat verib, lakin detallara varmayıb.

ABŞ prezidentinin gündəmində olan daha bir məsələ Polşanın Birləşmiş Ştatların enerji şirkətləri üçün maraq doğuran təbii qaz ehtiyatlarıdır.

XS
SM
MD
LG