Accessibility links

Barak Obama: “Bəzən insanlar hərbi təchizatlı polis görəndə, işğalçı ordu gördüklərini düşünür" [Video]


Obama administrasiyası Missuri Ştatının Ferquson şəhərindəki böhrandan sonra yerli polis idarələrini qumbaraatan və zirehli maşınlar kimi hərbi təchizatla təmin edilməsinə qadağa qoyub. Bu, polislə azlıqlar arasında etimad yaranmasına doğru atılan addımlardan biridir.

Ötən il qaradərili gəncin polis tərəfindən öldürülməsindən sonra Ferquson küçələrində keçirilən etiraz aksiyaları zamanı zirehli maşınlarda, ağır silahlanmış polislərin görüntüsü yaddaşlarda həkk olunub.

Aylar sonra prezident Obama bu vasitələrdən döyüşlərdə istifadə edildiyini deyərək, polisin hərbi avadanlıqdan istifadəsinə qadağa qoyub. “Bəzən insanlar hərbi ləvazimatları görərkən, onların icmalarını qoruyan, onlara qulluq edən polisi deyil, işğalçı ordunu gördüklərini düşünür.”

Prezident Obama bunu vaxtilə Birləşmiş Ştatların ən təhlükəli şəhərlərindən sayılan Nyu-Cersi şatatının Kamden şəhərindəki çıxışı zamanı deyib. Lakin İcma-Polis proqramının həyata keçirilməsindən iki il sonra qətl hadisələri 47 faiz azalıb.

Kamden polis rəisi cənab Obamaya bildirdi ki, məktəbdən evə gedən uşaqlar üçün virtual patrol kameralardan istifadə edərək. təhlükəsiz dəhlizlər yaradılıb. Cənab Obama aralarında etimad yaranmış polis və yerli gənclərlə də söhbət etdi. “Bu, yalnız böhrana münasibət deyil, burada cinayət var, burada cəsəd var və biz bunu izah etməliyik. Xoşbəxtlikdən biz həmişə buradayıq və ən əsası bunun qarşısını ala bilərik” - deyə, prezident bildirib.

Baltimor hadisələrindən az sonra Kamdenə səfər edən prezident Obama bütün Amerika gəncləri üçün fürsət yaratmağın vacibliyini vurğulayıb.

XS
SM
MD
LG